“Audiokitab” layihəsi yenicə səsləndirdiyi “Koramal” kitabının təqdimatını keçirəcək

0
315

 

“Audiokitab” layihəsi yenicə səsləndirdiyi “Koramal” kitabının təqdimatını keçirəcək. Təqdimatın bədii hissəsi peşəkar aktyorların ifasında kitabdan səhnələr, səsləndirmələr də əhatə edən geniş proqramdan ibarət olacaq.

“Koramal” romanı Qarabağ savaşından bəhs edir. Əsərdə həm Birinci Qarabağ müharibəsi, həm də Zəfər savaşı qəhrəmanlarının prototipləri var.

Kofe fasiləsindən sonra tədbir səmimi ortamda qonaqlarla, oxucularla ünsiyyət, imza saatı ilə davam edəcək.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçməyiniz lazımdır.

* Qeydiyyat üçün aşağıdakı linkdən istifadə edin. Yaş məhdudiyyəti: 14 yaş (Əsərin möhtəvasını nəzərə alaraq)

https://forms.gle/UqFbThSzm94xoyaP6

📌 “Holiday İnn” hotelinin konfrans zalı (Kövkəb Səfərəliyeva küç.15. Port Baku yaxınlığı)

📆 18 dekabr 15:00

#təqdimat #audiokitab #koramal #Qarabağ