İstedadlı gəncləri “Gənclər səhnəsi” gözləyir!

0
267

İstedadlı gəncləri “Gənclər səhnəsi”ndə gözləyirik!

🤩2 fevral – Azərbaycan Gəncləri Gününün gənclər arasında geniş şəkildə qeyd olunması məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə yanvarın 26-dan “Gənclər həftəsi”nə start verilib.

🎪Həftə ərzində respublikanın bütün rayon və şəhərlərində gənclərin iştirakı ilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılma mərasimi, görüşlər, mədəni-kütləvi tədbirlər, forumlar, müsabiqə, yarmarka və müxtəlif aksiyalar keçirilir.

🎼“Gənclər həftəsi” çərçivəsində təşkil olunacaq daha bir tədbir “Pasha Malls”un tərəfdaşlığı ilə keçirilən “Gənclər səhnəsi” olacaq. Eyni vaxtda iki məkanda – Gənclik Mall və Dəniz Mall ticarət və əyləncə mərkəzlərində qurulacaq səhnələrdə istedadlı gənc ifaçılar yer alacaq.

📌“Gənclər səhnəsi” yanvarın 26-dan fevralın 1-dək, hər gün saat 18.00-dan 19.30-dək fəaliyyət göstərəcək.