“Sosial işçiSən” layihəsinə start verilir!

0
333

“Sosial işçiSən” layihəsinə start verilir!

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllüləri / ASAN Volunteers Təşkilatının və “Gənc Sosial İşçilər”in təşkilatçılığı ilə baş tutacaq.

1 ay müddətində davam edəcək layihənin əsas məqsədi gənc sosial işçilər və sosial işə marağı olan gənclər arasında sosial iş, sosial işçinin fəaliyyəti və sosial işin peşə sahələri barədə məlumatlılıq səviyyəsini yüksəltmək, gənclər arasında sosial iş sahəsinin düzgün şəkildə təbliğini təmin etmək, savadlı sosial iş sahəsi üzrə mütəxəssislərin yetişməsinə dəstək olmaqdır.

Layihə müddətində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən 5 mövzu üzrə xüsusi proqram tədris olunacaq.

🔸”Sosial iş və hüquq”
🔸“Ailələrlə sosial iş”
🔸“Psixi pozuntuları olan şəxslərlə sosial iş”
🔸 “Fiziki və psixi pozuntuları olan şəxslərlə sosial iş”
🔸“Sosial iş və tədqiqat”

İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə nəzəri hissədən əlavə simulyasiya mərhələsinin təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, layihədə 16-25 yaş aralığında qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən sosial iş sahəsinə marağı olan təşəbbüskar, yaradıcı, araşdırmağa meyilli 30 gənc iştirak edəcək.

Layihədə iştirak üçün qeydiyyat linki:
https://bit.ly/3Wt2iIl

Son müraciət tarixi: 05.02.2023