Martın 7-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Turizmdə sahibkarlıq fəaliyyətinin əsasları və turizm işinin təşkili” mövzusunda maarifləndirici təlim keçiriləcək.Təlim tam ödənişsizdir.
Təlimdə Bakı KOBİM-in eksperti Əziz Şiriyev aşağıdakı mövzulardan danışacaq:
– Turizmdə sahibkarlıq fəaliyyəti və turizmin istiqamətləri;
– Müştəri və turist xidmətləri;
– Bələdçi və tur rəhbərin fərqi;
– Korporativ və fərdi satış;
– Satış növləri, brendləşmə və marketinq;
– Məhsul və onun təqdimatı;
– Müştəri etirazları və həlli.
Saat 14:00-da “Bakı KOB evi”ndə keçiriləcək təlimdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
#kobia #bakikobim #təlim #expert #tourism