“DevOpsTalk by PASHA Bank” tədbirinə qoşulun!

0
165

Sizi “PAŞA Bank”ın tərəfdaşlığı və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə keçiriləcək “DevOpsTalks by PASHA Bank” tədbirində iştirak etməyə dəvət edirik.

“DevOpsDays” proqram təminatı, İT infrastruktur əməliyyatları və bu sahələri əhatə edən mövzuları özündə əks etdirən beynəlxalq miqyaslı bir tədbirdir. “DevOpsTalks” tədbirində çıxış edən spikerlərimiz bu sahənin texniki və qeyri-texniki mövzularına dair təcrübələrini və praktiki tövsiyələrini bölüşəcəklər.

Baş tutacaq görüşdə “PAŞA Bank”ın, rəqəmsal
mühəndislik departamentinin baş mütəxəssisi Valid Axundov, “River Island”
şirkətinin proqram təminatı üzrə mühəndisi Niyaz Abbasov və “Unibank”ın
“DevOps” mühəndisi, eyni zamanda “Buludone” startapının təsisçisi Nicat
İsayev təcrübələrindən ən maraqlı məqamları səsləndirəcək, praktiki
tövsiyələrini sizinlə bölüşəcəklər.

Tədbirdə iştirak yalnız qeydiyyat əsasında olacaqdır. Yerlər məhdud olduğundan, bu fürsəti qaçırmamaq üçün qeydiyyatdan keçməyə tələsin!

Tədbir 17 aprel tarixində saat 19:00-da Ibis Baku Hotel-də keçiriləcək.

Qeydiyyatdan keç

İştirak ödənişsizdir.