🪂 Bakıda Paraşüt ilə uçmaq istəyənlərin nəzərinə! – Paratrike!

0
1160

🪂Bakıda sizlərə paratrike uçuş vasitəsi ilə Abşeron Milli Park (Şah dili) üzərində 15 dəqiqə əvəzolunmaz uçuş təcrübəsi yaşatmağı vəd edirik.

🦅Bakının ən şərqində, sonuncu nöqtəsində paraşüt ilə uçmaq şansını əldən verməyin.🤩

✔️Qiymətə daxildir:

-Koroğlu və yaxud Nəriman Nərimanov metro stansiyasından, uçuş nöqtəsinə transfer və geriyə🚌

-Abşeron Milli Parkına giriş🎟️

-Paşa Sığorta tərəfindən 2000 azn məbləğində sığortalanma⛑️

-15 dəqiqə ölkədə əvəzi olmayan uçuş təcrübəsi🪂

-Uçuş ərzində video və fotoçəkiliş📸🎥

🚨Nəzərinizə çatdırmaq istərdik ki, hava şəratindən aslı olaraq sizin seçdiyiniz tarix dəyişdirilə bilər, bu zaman siz digər uyğun tarixlər barəsində bizdən təklif mesajı alacaqsınız. Uçuşlar səhər 06:00 – 09:00 və axşam 17:30-20:30  aralığında keçirilir.

⚠️📜Pilotlarımız beynəlxalq sertifikata sahib təlimçilərdir.

💷💰Qiymətlərimiz 1 nəfər – 15 dəqiqə uçuş üçün:

Həftə içi – 150 azn

Həftə sonu – 200 azn

Qeydiyyat

+994 518432599 (zəng, whatsapp)

+994 774641868 (zəng, whatsapp)

🙋‍♂️🙋‍♀️❓Ən çox verilən suallar:

ParaTrike (FAQ)

Paratrike nədir? What is a Paratrike?

Paratrike, kifayət qədər hündürlüyü olmayan ərazilərdə bu fəaliyyət növü ilə məşğul olmaq ehtiyacından yaranan yamac paraşütünün təkamülüdür. Beləliklə, Paratrike pilotları kifayət qədər hündürlüyü olmayan ərazilərdə uçuşu həyata keçirə bilmək üçün yamac paraşütünə arxa mühərrik əlavə etdilər və özündən əlavə bir nəfər sərnişin uçurma qabiliyyətinə malik oldular.

The paratrike is an evolution of the paraglider due to the need to engage in this type of activity in areas with insufficient altitude. So, paratrike pilots added a rear engine to the paraglider in order to be able to fly in areas with insufficient altitude and be able to take an additional passenger with them.

Təhlükəsizdirmi? Is it safe?

Araşdırmalara görə, aktiv velosiped sürməkdən belə təhlükəsizdir. Ancaq əmin olunan budur ki, yamac paraşütü (və bu növdən olan uçuşlar) ilə uçan qəzaların əksəriyyəti pilot səhvi kimi təsvir edilmişdir.Bu günə qədər ən əhəmiyyətli fakt, düzgün münasibətlə qəza riskini azaltmaqdır. Bunu nəzərə alaraq bizim tərəfdən Beynəlxalq Hava İdman növləri Fedetasiyasının (FAI) qoyduğu bütün təhlükəsizlik tədbirlərinə əməl olunmuşdur və təcrübəli pilot tərəfindən uçuşun təhlükəsizliyi təşkil olunmaqdadır.Nəzərə almağınızı xahiş edirik ki, uçuşdan öncə bizim tərəfimizdən təqdim olunan təhlükəsizlik müqaviləsi ilə tanış olmaqla imzalamalısız.

According to research, it is even safer than active cycling. However, it is undeniable that most paragliding accidents are due to pilot error, and by far the most important fact is that the right attitude reduces the risk of an accident. With this in mind, all safety measures set by the International World Air Sports Federation (FAI) have been complied and an experienced pilot organizes the flight. Please note that you must read and sign the safety agreement presented by us before the flight.

Marşrut?

Məkan ölkəmizin ən şərqi, “xəritədə qartalın dimdiyi” deyilən ərazi olan Abşeron Milli Parkında (Şah Dili) yerləşir.

Uçuş günü 05:30-da Koroğlu metro stansiyasının qarşısından (Pramida tərəf), uçuş nöqtəsinə (Abşeron Milli Parkı, Şah dili) və daha sonra uçuşların sonunda geriyə transferiniz təşkil olunacaqdır. Əgər siz fərdi avtomobilinizlə və yaxud şəxsi vəsaitiniz hesabına uçuş nöqtəsinə gəlsəz o zaman uçuşunuz bitən kimi ərazini tərk edə bilərsiz əks halda ümumi uçuşların bitməsini (06:00 – 09:00) gözləməli olacaqsınız.

Özünüz gəlmək istəsəniz milli parka Koroğlu metrosundan birbaşa marşrut xətti işləyir, bu marşrut xətti işləməyən vaxt olsa onda Q1 adlı marşrut xətti ilə Koroğludan, Qala mübadilə məntəqəsinə gələrək 187 nömrəli marşrut xəttindən istifadə edərək, Zirə qəsəbəsinə gəlirsiz. Daha sonra “Abşeron Milli Parkına” gəlmək üçün taksi xidmətindən istifadə etməlisiz. Və yaxud olduğunuz nöqtədən birbaşa taksi xidmətindən istifadə edərək əraziyə gələ bilərsiz. Öz maşınızla da gələ bilərsiniz. Sayı çox olan qrup olsanız, onda bizə müraciət edirsiz sizə say tutumuna uyğun nəqliyyat da təşkil edirik.

Uçuşun qiyməti və müddəti? Flight price and duration?

Uçuşun müddəti 15 dəqiqə çəkməklə, bir uçuşun qiyməti həftənin günündən və saatından aslı olaraq 150-200 AZN arasında dəyişməkdədir.

The flight duration is 15 minutes, and the price varies between 150-200 AZN depending on the day and time of the week.

Paratrike-dan kim istifadə edə bilər?

Hər kəs istifadə edə bilər. Nəzərə almalısınız ki, sağlamlığınızda çıxacaq hər hansı problem ilə bağlı özünüz məsuliyyət daşıyırsınız. Bunu uçuşdan öncə bizim tərəfimizdən təqdim olunan təhlükəsizlik müqaviləsi vasitəsi ilə təsdiqləyirsiniz.

Qeydiyyat: 0518432599 WP,  0774641868 WP