“UŞAQLIQ DUYĞULARIMIN RƏNGLƏRİ” adlı şou-sərgi üçün Rəsm əsəri qəbulu!

0
346

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı,  Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi “Heydər Əliyev ili”  çərçivəsində  təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə  gətirdikləri rəsm əsərlərini görmək məqsədi ilə “UŞAQLIQ DUYĞULARIMIN RƏNGLƏRİ” adlı şou-sərgi üçün əsər qəbulu  elan edir.

Yaşı 18-dən yuxarı rəssamlar və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər(lər)in fotosu ilə bərabər əsərin adı, soyad, ad,təvəllüd, peşə və əlaqə nömrəsini qeyd edərək duygular[email protected] ünvanına göndərməklə iştirak edə bilər.

Qeyd: Uşaqkən çəkdiyiniz bir rəsm varsa, onunla da qatılmaq olar.

Əsər qəbulu üçün son tarix 5 oktyabr 2023-cü il.

Sərgilənən əsərlər geri qaytarılmır.

Əsəri sərgilənən müəlliflərə  sertifikat təqdim olunacaq.

TƏKCƏ UŞAQ KİMİ İŞLƏMƏK YOX, UŞAQ KİMİ DÜŞÜNMƏK LAZIMDIR