Metroda Vakansiya: Qatar maşinisti peşəsi üzrə işləmək istəyənlərin nəzərinə!

0
777

#İŞVAR❗️
📣 “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçimini elan edir.

👉 yaşı 24-30 arasında olan kişilər və qadınlar;
👉ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;
👉hərbi bilet (kişi namizədlər, yararlılıq kateqoriyası ilə).

✅ Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris nəzəri və praktiki hissələrdən ibarət olmaqla 6-8 ay davam edəcək.
📌İddiaçılar “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytının “Karyera” bölməsinə daxil olaraq, “Elektron ərizə” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. (https://metro.gov.az/az/page/karyera/elektron-erize)
Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına, mütləq qaydada, “maşinist” qeyd olunmalıdır.
❗️ Elektron ərizələr 2023-cü il avqust ayının 21-dən 31-nə qədər qəbul edilir.
❗️ Mütləq nəzərə alınmalıdır: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq xanada “maşinist” qeydi olmayan ərizələr CV bankına daxil olmur.

#Bakumetro