“Media savadlılığı səfirləri” – Təlimçilik təlimləri proqramı!

0
342

✅ Əziz dostlar, MİSP təşəbbüsü təlimçilik təlimləri proqramını sizinlə bölüşməkdən məmnundur!

MİSP komandası media savadlılığı sahəsində öz bilik və praktiki bacarıqlarını artırmaq, bunu Bakı şəhəri və regionlarda digər gənclərlə bölüşmək istəyən gəncləri “Media savadlılığı səfirləri” proqramına qoşulmağa dəvət edirik.

Proqram media savadlılığı üzrə 6 günlük səriştə quruculuğu və təlimçilər üçün təlimlər, daha sonra iki aylıq mentorluq fəaliyyətindən ibarətdir. Mentorluq proqramı müddətində iştirakçılar təlimlər zamanı öyrəndiyi biliklər üzrə faktların yoxlanılması fəaliyyəti ilə məşğul olacaq və komandalar olaraq qısa müddətlik seminarlar vasitəsilə əldə etdiyi bilikəri digər gənclərlə bölüşəcəklər.

Eyni zamanda layihənin sonunda təşkilatçıların dəstəyi ilə iştirakçıların təcrübələri əsasında bu sahənin inkişafı üçün strategiya sənədi hazırlanacaq.

Proqramda iştirak üçün seçim prosesi onlayn müraciət və müsahibə mərhələlərindən ibarətdir.

Layihəyə

– media və informasiya savadlılığı sahəsində marağı olan və bu sahəni digər gənclərlə bölüşmək istəyən;

– layihə müddətində təlim və fəaliyyətlərdə aktiv iştirak edə biləcək şəxslər müraciət edə bilər.

Layihə çərçivəsində fəaliyyətlər:

1️⃣ Media savadlılığı üzrə 6 günlük səriştə quruculuğu proqramı

🗓 21, 22, 23, 27, 28, 29 oktyabr 2023-cü il.

🕑 Həftə sonu: 15:00-18:00, həftə içi: 18:00-21:00

2️⃣ Təşkilatçılar və mentorların dəstəyi ilə komandalar olaraq faktların yoxlanılması üzrə fəaliyyətlər və 2 günlük seminarların təşkili

🗓 Noyabr – Dekabr 2023-cü il

⌛️Müraciət üçün son tarix: 07 oktyabr 2023-cü il, 23:59:59.

✅ Müraciət üçün keçid: https://forms.gle/Cska3eZsdXw6Ws4Q9

Qeyd: Bu proqram Avropa İttifaqının maliyyə yardımı ilə hazırlanmışdır. Proqram müddətində baş tutacaq bütün fəaliyyətlər üzrə “MİSP” təşəbbüsü məsuliyyət daşıyır və burada ifadə olunan fikirlər heç bir halda Avropa İttifaqının rəsmi mövqeyi kimi qəbul edilə bilməz.

İştirak etmək ödənişsizdir!