Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!

0
370

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2024-cü il üçün

 

MÜSABİQƏ ELAN EDİR

Mövzu: “İqtisadi kooperasiya”

Proqramın dili: İngilis dili

Proqramın strukturu:

– Təlim mərhələsi: 6 həftə (onlayn təlim);

– Almaniyada təcrübə: 2 həftə;

– Praktiki icra mərhələsi: 5 ay;

– Şəbəkələşmə tədbiri: 2 gün.

Müsabiqədə iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri ingilis dilində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin [email protected] e-mail ünvanına (mövzu yerinə “Almaniyada ixtisasartırma kursu” yazmaqla) göndərmələri xahiş olunur:

 

– Müraciət forması (Application Form);

Application_Form_EN

 

– Proqramda iştirakla bağlı şirkət rəhbərliyinin icazə məktubu;

 

Sənəd qəbulu 31 yanvar 2024-cü il tarixinədək davam edəcək.

 

Əlavə məlumatı aşağıdakı fayldan əldə etmək olar:

Fit_for_Partnership_with_Germany_2024_EN

Əlaqələndirici şəxs: Məlahət Kazımova, (+994 12) 404 04 01 / (+994 55) 200 04 57, [email protected].

Qeyd: Proqram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən birgə həyata keçirilir.