Qusar rayonunda “EKO-kənd layihəsi” mövzusunda 3 günlük düşərgə! ÖDƏNİŞSİZ / QEYDİYYAT

0
2106

Dəyərli
Təbiət Dostları,

“Gənclər Fondunun” dəstəyi və “Təbiət Dostları” GİB-nin təşkilatçılığı ilə 27-29 Yanvar 2024-cü il tarixində (2 gecə 3 günlük) Qusar rayonunda “EKO-kənd layihəsi” mövzusunda düşərgə təşkil ediləcək. Sizləri də bu təcrübənin bir parçası olmağa dəvət edirik!

Kimlər qoşula bilər?
Azərbaycanın müxtəlif bölgələrindən ekoloji mövzularda həvəsli olub, eko-şəhər və kəndlərin salınması və idarə edilməsi, alternativ enerjiinin təsirləri mövzusunda praktiki və nəzəri biliklərə yiyələnmək istəyirsinizsə bizə qoşulun!

Müzakirə ediləcək mövzular:
Eko-şəhər və kəndlərin salınması və idarə edilməsi;
Alternativ enerjinin növləri;
Davamlı turizm;

QEYD: Layihənin hər bir mərhələsində iştirak edə bilən gənclərə üstünlük veriləcəkdir.

********
* Müraciət üçün linkə keçid edin: >>> https://shorturl.at/aDMTW | Son tarix 15 Yanvar 2024-ci il saat 23:59.
* Nəticələr: 19 Yanvar 2024 saat 21:00-a kimi seçilən iştirakçılara telefon vasitəsilə bildiriləcək.
* Xərclər: Bütün xərclər (yerləşdirmə, yemək və nəqliyyat) layihə tərəfindən qarşılanacaq.
*** Seçimlər edildikdən sonra online müsahibə keçiriləcəkdir.
*** Ətraflı məlumat seçilmiş iştirakçılara bildiriləcəkdir.