İKT sahəsində (Proqramlaşdırma və Proqram təminatı üzrə) Ödənişsiz və Təqaüdlü təhsil al!

0
315

“Holberton School”un ikinci dalğasına qeydiyyat başladı 📢

🤝 “Technest” Təqaüd Proqramı çərçivəsində “Holberton School”un növbəti dalğası üzrə qeydiyyatı elan edir.

Ödənişsiz olaraq keçiriləcək proqramda ən uğurlu 60 nəfər seçilərək İKT sahəsində təhsil alacaqlar.

Proqram müddətində dərslər “peer-to-peer” metodologiyasına əsasən həyata keçirilir. Tədris müddətində seçilən namizədlər bu sahə üzrə ən yeni bilikləri öyrənəcək, öyrədəcək və tətbiq edəcəklər 🦾

9 ay davam edəcək təlimlərdə proqram təminatının əsasları və “Full Stack” üzrə dərslər tədris ediləcək 👩‍💻👨‍💻

3 mərhələli onlayn seçim prosesini uğurla başa vuran namizədlər proqramlaşdırma və proqram təminatı üzrə ödənişsiz təhsil alacaq.

🏅 Siz də qeydiyyatdan keçin və 60 uğurlu namizəddən biri olun!

📅 Son tarix: 1 fevral 2024

Qeydiyyat linki