Little YARAT uşaqlar üçün Ustad dərslərinə start verdi! – Ödənişsiz

0
225

Little YARAT Ustad dərslərinə start verdi! 🤩🥳
Fevral ayı proqramı belədir 👇🏼

⏰ 4 fevral – 12:00 (4-8 yaş)
◽️Mövzu: “Hissələrlə təsvir”
◽️Tyutor: Aida Əzimova
📍 YARAT Mərkəzi
“Ekinoks” qrup sərgisinin konsepsiyasına əsaslanan ustad dərsi fərdiyyətçilik və kollektivizm üzərində qurulacaq.

⏰ 10 fevral – 12:00 (8-12 yaş)
◽️Mövzu: “Abstraksiyanın əksi”
◽️Tyutor: Rufana Mamedova
📍XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
İştirakçılar müxtəlif boyalarla rənglədikləri şarları kətan üzərinə ataraq abstrakt əsərlər yaradacaqlar.

⏰ 11 fevral – 12:00 (4-8 yaş)
◽️Mövzu: “Avtoportret”
◽️Tyutor: Rufana Mamedova
📍 YARAT Mərkəzi
İştirakçılar güzgüdən istifadə edərək taxta parçalar üzərində öz avtoportretlərini təsvir edəcəklər.

⏰ 17 fevral – 12:00 (8-12 yaş)
◽️Mövzu: “Cizgilər”
◽️Tyutor: Nəzrin Ağamalıyeva
📍XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
İştirakçılar Nəzrin Ağamalıyevanın çəkdiyi “Hadis” animasiya filmini izlədikdən sonra müxtəlif obrazların seçilməsi və onların yaradılması prosesini təcrübədən keçirəcəklər.

⏰ 18 fevral – 12:00 (4-8 yaş)
◽️Mövzu: “Qarabağın atları”
◽️Tyutor: Nəzrin Ağamalıyeva
📍 YARAT Mərkəzi
“Yoxlanılıb, mina yoxdur!” sərgisinin konsepsiyasına əsaslanan ustad dərsi Qarabağın faunası mövzusu üzərində qurulacaq.

⏰ 24 fevral – 12:00 (8-12 yaş)
◽️Mövzu: “Abşeron motivləri”
◽️Tyutor: Atika Əliyeva
📍XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
İştirakçılar Fərhad Xəlilovun “Yerlə göy arasında” sərgisinə baxdıqdan sonra Abşeronun zəngin motivlərini təsvir edəcəklər.

⏰ 25 fevral – 12:00 (8-12 yaş)
◽️Mövzu: “Sevdiyini düşün”
◽️Tyutor: Fatimə Yusifova
📍YARAT Mərkəzi
İştirakçılar “Ekinoks” qrup sərgisində nümayiş olunan Koka Ramişvilinin “İnsanlar sevgi haqqında düşünürlər” sənədli filmə baxdıqdan sonra gözlərini bağlayaraq sevgi haqqında düşünəcəklər, daha sonra tyutor Fatimə Yusifova ilə birlikdə düşündükləri haqda rəsmlər yaradacaqlar.

☎️Rəngkarlıq Muzeyi üçün qeydiyyat: 050 251 41 15
☎️YARAT Mərkəzi üçün qeydiyyat: 050 246 92 92
(Qeydiyyat: çərşənbə axşamı – bazar, 11:00-18:00)

Hər birində iştirak etmək ödənişsizdir.