Qadınlar üçün 3 aylıq Kosmik Mentorluq Proqramı! – Ödənişsizdir

0
245

Kosmik Fond və onun Kosmik Kommersiya İnstitutu ilə əməkdaşlıq edərək qadınlar üçün 3 aylıq kosmik mentorluq proqramını təqdim etməkdən böyük məmnuniyyət duyuruq!

İngilis dilini mükəmməl bilən 18-35 yaş arası azərbaycanlı xanımlar üçün təşkil olunmuş bu proqram qadınları kosmosla bağlı sahələrə cəlb etmək, əməkdaşlıq və bilik mübadiləsini təşviq etməklə onlara təhsil və karyera imkanlarını təqdim etmək məqsədi daşıyır. 🌍🚀

5 beynəlxalq sənaye mütəxəssisi ilə müzakirələrə qoşulmaq fürsətini təqdim edən mentorluq proqramına 5 iştirakçı qəbul ediləcək. Odur ki, təcrübəli mentorlarla sessiyalarda iştirak etmək və qlobal kosmik sənaye haqqında məlumat əldə etmək üçün fevralın 14-dək bu proqrama müraciət etməyə tələsin: bit.ly/3u9XPC5

#Azercosmos