Təhsil işçiləri üçün onlayn “Layihələrin yazılması və idarə olunması təlimi” keçiriləcək – Ödənişsiz / Sertifikatlı

0
401

Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Layihələr üzrə ekspert Zeynal Rəşidli tərəfindən təhsil işçiləri üçün iki günlük “Layihələrin yazılması və idarə olunması təlimi” keçiriləcək.

 

Burada əsas məqsəd müəllimləri Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsində iştiraka hazırlamaqdır.

 

Təlimdə iştirakçılar aşağıdakı mövzular haqqında məlumatlar əldə edəcəklər:

1. İdeyanın layihəyə çevrilməsi;

2. Problemin qısa təsviri;

3. Məqsəd və vəzifələrin müəyyənləşdirilməsi;

4. İcra planının düzgün tərtibi;

5. Layihənin qiymətləndirilməsi, monitorinqi, hesabatlılığı və s.

 

Qeyd edək ki, təlimlər ödənişsizdir və hər iki təlimdə iştirak edənlərə elektron sertifikat veriləcək.

 

Əziz müəllimlər, bu fürsətdən siz də yararlanın.

 

Qeydiyyat linki: https://forms.gle/SWMQ2z6ma13J9LBt9