AZAL 100 Aviabileti Pulsuz Hədiyyə edir – MÜSABİQƏ! (Ətraflı məlumat)

0
2450

1️⃣0️⃣0️⃣ pulsuz gediş-dönüş aviabileti! ✈️ Bəli, bəli, düz eşitdiniz! Bu müsabiqədə düz 100 aviabilet hədiyyə edilir! 🥳

 

Səyahət etmək vaxtıdır! 50 şanslı qalib 40-dan çox istiqamətə aviabilet qazanacaq.

 

Bunun üçün qeyd olunan link vasitəsilə anketi dolduraraq qeydiyyatdan keçməlisiniz: campaigns.azal.az

 

⏳ Müsabiqə müddəti: 3 həftə

📆 Qaliblərin elan tarixləri: 8, 15, 22 fevral

 

Qaliblər Azalın “Facebook” səhifəsində canlı yayımda seçiləcək.

 

İndi qoşulun! Bu şansı qaçırmayın!

Daha ətraflı məlumat aşağıda👇🏻

***

 

100 free round trip flight tickets! That’s right, you heard correctly! We’re giving away exactly 100 tickets in this competition!

 

It’s time to travel! Fifty lucky winners will receive air tickets to more than 40 destinations.

 

To enter, simply visit the following link and register by filling out the form: campaigns.azal.az

 

Competition duration: 3 weeks

Winners announcement dates: February 8th, 15th, and 22nd

 

The winners will be selected live on our Facebook page.

 

Join now! Don’t miss this chance!

 

#AZAL #AzerbaijanAirlines #flyAZAL

⚠️⚠️⚠️⚠️⚠️

🚨DAHA ƏTRAFLI MƏLUMAT:

Müsabiqə haqqında məlumat

1 fevral – 21 fevral 2024-cü il tarixlərini əhatə edən “Səyahət etmək vaxtıdır!” müsabiqəsində iştirak etməklə Siz “Azərbaycan Hava Yolları”nın birbaşa uçuş həyata keçirdiyi istənilən istiqamət üzrə 2 ədəd pulsuz gediş-dönüş bileti qazanmaq şansı əldə edəcəksiniz. Sonda 50 qalib seçiləcəkdir. Qeyd edək ki, müsabiqədə hər kəsin bir dəfə iştirak etmək şansı var.

 

Müsabiqə şərtləri:

Necə iştirak edə bilərəm?

Ad, soyad, e-mail ünvanınızı, doğum tarixinizi, mobil nömrənizi, pasportunuzun seriya və nömrəsini anketdə qeyd etməklə müsabiqəmizdə iştirak edə bilərsiniz.

 

  • Kimlər iştirak edə bilər?

    18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları və əcnəbilər müsabiqəmizdə iştirak edə bilər.

  • Kimlər yararlana bilməz?

    “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşları və 18 yaşına çatmamış şəxslər.

Hədiyyələr nədir?

Ümumi 100 pulsuz bilet hədiyyə olunacaq. Hər qalib “Azərbaycan Hava Yolları” QSC-nin birbaşa uçuş həyata keçirdiyi istənilən istiqamətdə 2 ədəd pulsuz Ekonom Sinif gediş-dönüş bileti əldə edəcək (çarter və kod-şerinq reysləri istisna olunur). Hər biletə 23 kq-dək baqaj daxildir.

İstiqamətlər haqqında ətraflı:

1. Bakı
2. Naxçıvan
3. Vyana
4. Minsk
5. Pekin
6. Praqa
7. Paris
8. Batumi
9. Tbilisi
10. Berlin
11. Mumbay
12. Yeni Dehli
13. Tehran
14. Təl-Əviv
15. Milan
16. Aktau
17. Almatı
18. Nur-Sultan
19. Kişinyov
20. Həştərxan
21. Yekaterinburq
22. Kazan
23. Mahaçqala
24. Mineralnıye Vodı
25. Moskva
26. Novosibirsk
27. Samara
28. Soçi
29. Sankt-Peterburq
30. Ufa
31. Volqoqrad
32. Dammam
33. Ər-Riyad
34. Barselona
35. Ankara
36. Antalya
37. Bodrum
38. Dalaman
39. İstanbul
40. İzmir
41. Trabzon
42. Dubay
43. London

  • Müsabiqənin qalibləri necə müəyyənləşdiriləcək?

    Qaliblərimiz 3 həftə ərzində, hər həftənin sonunda elan ediləcək. Seçim mərhələsi və qaliblər barədə məlumat “Facebook” sosial media hesabımızda canlı yayımlanacaq. 50 qalibin açıqlanma tarixləri:

    • Müsabiqə başladığı tarixdən 7 fevral tarixinədək anketi dolduran iştirakçılar arasından 8 fevral tarixində saat 15:00-da təsadüfi yolla 20 qalib seçiləcək.
    • Müsabiqə başladığı tarixdən 14 fevraladək anketi dolduran iştirakçılar arasından 15 fevral tarixində saat 15:00-da təsadüfi yolla 20 qalib seçiləcək.
    • Müsabiqə başladığı tarixdən 21 fevraladək anketi dolduran iştirakçılar arasından 22 fevral tarixində saat 15:00-da təsadüfi yolla 10 qalib seçiləcək.
  • Əgər mən ilk həftədə qalib olmasam, yenidən necə iştirak edə bilərəm?

    • Əgər ilk həftədə qalib olmadınızsa yenidən anketi doldurmağa ehtiyac yoxdur, müsabiqə bitənədək növbəti həftələrdə də iştirak etmə hüququ qazanırsınız.

    • Qalib olduqdan sonra nə etmək lazımdır?

      Sizinlə çağrı mərkəzi əməkdaşları əlaqə saxlayacaq və Siz istədiyiniz istiqamətə 2 ədəd gediş-dönüş bileti seçə biləcəksiniz. Daha sonra istəkdən asılı olaraq biletləri onlayn şəkildə və ya “Silk Row Travel” ofisinə yaxınlaşaraq əldə edə bilərsiniz.

    Qalib olduqda biletləri necə istifadə edə bilərəm?

    Qaliblərimizə 2 ədəd gediş-dönüş bileti təqdim olunacaq. Bu zaman isə Siz biletlərinizdən birini özünüz istifadə etməklə digərini istənilən şəxsə hədiyyə edə bilərsiniz. Qeyd edək ki, biletlərin eyni uçuşa alınması vacib şərtdir.

Biletlərin pulla əvəzləşdirilməsinə yol verilmir.

Biletlər qaliblər tərəfindən başqa şəxslərə satıla bilməz.

Etibarlı səyahət sənədlərinin (pasport, viza və s.) olmaması səbəbindən biletdən istifadə edilə bilməməsinə görə “Azərbaycan Hava Yolları” QSC məsuliyyət daşımır.

Biletlərin istifadə müddəti və uçuş tarixləri hansı dövrü əhatə edir?

  • 1 aprel 2024-cü il tarixindən 31 oktyabr 2024-cü il tarixinədək istədiyiniz dövrü seçə bilərsiniz. Qalib olduqdan sonra seçim etmək üçün ən son tarix 31 mart 2024-cü ildir. Seçim etdikdən sonra biletləri qaytarmaq və ya uçuş tarixində dəyişiklik etmək mümkün deyil.

  • Müsabiqədə iştirak zamanı diqqət etməli olduğum əsas məqamlar hansılardır?

    • Müsabiqədən yararlanmaq istəyirsinizsə məlumatlarınızın anketə düzgün daxil edilməsinə diqqət yetirin.

    • Əgər suallarım yaranarsa, kimə müraciət edə bilərəm?

      24 saat fəaliyyət göstərən çağrı mərkəzimizə +994 (12) 598 88 80 nömrəsi ilə müraciət edə bilərsiniz. Azərbaycandan daxil olan zənglər üçün qısa nömrə *8880 nəzərdə tutulmuşdur.