Bakıda “International Agro Business Forum-2024” keçiriləcək

0
595

KOBSKA və AGRO TV Azərbaycanın birgə təşkilatçılığı ilə “International Agro Business Forum-2024” layihəsi həyata keçiriləcək.
20-21 fevral 2024- cü il tarixində baş tutacaq forumun yenidən keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə KOB Subyektləri arasında əməkdaşlığın gücləndirilməsi, investorların Azərbaycana cəlb olunması və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılmasıdır. 2024-də həyata keçiriləcək forum ötən ilkinə nisbətən daha böyük formatda və daha maraqlı proqramla təşkil olunacaq.
Layihə müddətində dövlət rəsmilərinin çıxışı, Azərbaycanın və eləcə də dünyanın aqrar sahədəki qabaqcıl şirkətlərinin, dövlət qurumlarından olan nümayəndələrin iştirakı ilə təşkil olunan panellərdə sektorun gündəminin müzakirə olunması, B2B görüşlərin və konfransın keçirilməsi, biznes əlaqələrinin qurulması planlaşdırılıb. Forumda bir çox ölkələrdən nümayəndələrin və investorların iştirakı nəzərdə tutulur. Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) layihənin tərəfdaşı qismində çıxış edəcəkdir.
Nəzərinizə çatdıraq ki, 2023-cü il 28 fevral-01 mart tarixlərində Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə “İnternational Agro Business Forum2023” forum-sərgisi baş tutub. Forum-sərgidə Azərbaycan, Türkiyə, İsrail, Rusiya Federasiyası, Almaniya, Fransa, Pakistan, Özbəkistan, Qazaxıstan, Macarıstan kimi ölkələrdən gələn 100-dən çox iş adamı, ümumilikdə 600-dən çox ziyarətçi iştirak edib.
Qeydiyyatdan keçmək üçün: https://forms.gle/4PKzrPhBEoWz8xx29

🎟️ Ödənişsiz bilet əldə etmək üçün:

https://ebiletstore.com/event/international-agro-business-forum

Başlama tarixi: Çərşənbə axsamı, 20 Fevral 2024

saat: 10:00

Bitiş tarixi: Çərşənbə, 21 Fevral 2024

saat: 18:00

Əlaqə üçün: +994 51 230 3935
Məkan: Baku Marriott Boulevard Hotel

İştirak etmək ödənişsizdir.