Xanımlar üçün Müasir Texnologiyalar sahəsində İxtisas Təlimləri verən Təqaüd Proqramı!

0
266

“Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramına müraciət başladı.

Təqaüd proqramı müasir texnologiyalar sahəsində ixtisas təlimləri verən yerli kurs və akademiyalarda tədris haqqını qarşılamaqla, xanımların əmək bazarında ən çox ehtiyac duyulan peşələr üzrə biliklərə yiyələnmələrinə şərait yaradır.

Təqaüd proqramı üçün müəyyən edilmiş istiqamətlər:

–         UI/UX dizayn
–         Rəqəmsal Marketing
–         Flutter texnologiyası ilə mobil aplikasiyalarının yazılması
–         Kiber Təhlükəsizlik
–         QA Tester
–         BI Developer

Müraciətçilərin ərizələri təşkilat komitəsi tərəfindən baxıldıqdan sonra, uyğun namizədlər tərəfdaş tədris müəssisələri tərəfindən təşkil edilən müvafiq proqram üzrə imtahanda iştirak edəcəklər. İmtahandan məqbul nəticə əldə edən şəxslər yekun mərhəldə – müsahibədə iştirak haqqı qazanacaqlar.  Müsahibə mərhələsini uğurla yekunlaşdıran namizədlər təqaüd almaq imkanı əldə edəcəklər.

Təqaüd proqramına müraciət üçün qeydiyyat linki – https://bit.ly/3wekyNS.

Son müraciət tarixi: 08.03.2024