“Heydər Əliyev və innovativ ölkə” adlı innovativ festivalı keçiriləcək

0
86

“Heydər Əliyev və innovativ ölkə” adlı innovativ festivalı keçiriləcək.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Gənclərin Tərəqqisinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Texnologiya Universitetində “Heydər Əliyev və innovativ ölkə” adlı innovativ festival 20 fevral-23 fevral

2024-cü il tarixində Azərbaycan Texnologiya Universitetində keçirilməsi nəzərdə tutur.

Layihəyə innovasiya sahəsinə marağı olan otuz gəncin cəlb edilməsi nəzərdə tutulub. Layihə çərçivəsində ixtiraçılıqda müxtəlif metodlar və onların tətbiqi, innovativ düşüncə və gənclərdə innovativ düşüncə tərzinin inkişafı, yaradıcı məsələlərin həllində müasir həll texnologiyaları mövzularını əhatə edən təlimlər keçiriləcək.

Təlimlər mərhələsi bitdikdən sonra iştirakçılar onlar üçün təyin edilmiş mentorların dəstəyi ilə öz innovativ layihə və ixtiralarını təqdim edəcəklər. Festival bir gün davam edəcək və münsiflər heyətinin qərarı ilə ən yaxşı üç innovativ həll qalib elan ediləcək.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərə elm və texnologiya vərdişlərinin aşılanması, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, müasir dövrün və texnologiyanın tələblərinə uyğun ixtisasların, dayanıqlı təhsil modelinin yaradılması, bu istiqamətdə kadrların hazırlanması və ən əsası ölkəmizin inkişafına xidmət edən milli strategiya üzrə bütün təhsil müəssisələrinin birgə fəaliyyətinin təmin edilməsidir.