EduOnline.az kollektivi olaraq biz gəncləri, cəmiyyətimizi elm, təhsil, mədəniyyət, idman, turizm sahəsindəki yeniliklər barədə məlumatlandırmaq, layihə, təlim, seminar, sərgi, konfrans, iş elanları, təcrübə proqramları, yerli və xaricdəki təhsil, təqaüd imkanları, turlar barədə və digər yenilikləri onlarla paylaşmaq məqsədi ilə Onlayn Kurs, Təhsil, Tədbir və İnkişaf Portalını ərsəyə gətirmişik. Saytımız daha çox təhsil, turizm, mədəniyyət, idman, faydalı və maraqlı, bir sözlə inkişaf yönümlü xəbərlərin istehsalı üzrə ixtisaslaşıb.
Portalımızda həmçinin onlayn kursda fəaliyyət göstərir. İstədiyiniz dilləri, fənləri, peşələri bizim onlayn kurs vasitəsi hər hansısa kursa getmək üçün zaman itirməyə ehtiyac olmadan bizimlə evinizdə, ofisinizdə onlayn istənilən görüntülü proqamlar vasitəsi ilə öyrənə bilərsiniz.
Hədəfimiz gənclərin, cəmiyyətin hərtərəfli inkişafı üçün təhsil, iş, karyera imkanları barədə onlara məlumat vermək, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təşəbbüslərini dəstəkləməkdir.
Saytımız 18 yanvar 2018-ci ildə fəaliyyətə başlayıb.
Təsisçi: Toğrul Bayramlı