Bazar ertəsi, 9 Fevral, 2026

“21 May Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü” - Sərgi


  • Dərc edildi: 19 May, 2018 - 22:18
“21 May Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü” - Sərgi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm
Qalereyası, "Mədəniyyət" qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə
"Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən "Bakı
prosesi"nin 100 illiyinə həsr olunmuş “21 May Dialoq və İnkişaf Naminə
Ümumdünya Mədəni Müxtəliflik Günü” mövzusunda rəsm müsabiqəsinin yekun
sərgisi 21 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.
Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü (World Day
for Cultural Diversity for Dialogue and Development) ilk dəfə 2003-cü il mayın 21-
də ilk dəfə qeyd olunub. Mədəni müxtəliflik həyatımızı sivil yollarla
zənginləşdirən yeni fikir və perspektivlər təqdim edir, hər bir fərdin və toplumun
inkişafına imkan yaradır. Bü gün bəşəriyyətin zəngin mənəvi mirası da daxil
olmaqla, mədəni müxtəlifliyin saysız-hesabsız faydasını qeyd etmək, qarşılıqlı
anlayış və mədəniyyətlərarası dialoq kimi dəyərlər əsasında qurulmuş daha dinc
bir dünya qurmaq öhdəliyinin təkidlə ifadə olunması üçün bir fürsətdir.
Müasir dünyada mədəni müxtəlifliyin belə təhlükə qarşısında qaldığı bir
dönəmdə - 2008-ci ildə "Bakı prosesi" Azərbaycan Respublikası Prezidentinin
təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv
dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal
hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini
mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin
olması dayanır.
Xatırladaq ki, 18-29 yaşlı gənclər arasında keçirilən müsabiqə respublikada
mövcud mədəni müxtəlifliyin və etnik-dini dözümlülük mühitinin təbliği, çoxmillətli
və çoxkonfessiyalı ölkəni dünyada sivilizasiyalararası dialoqun məkanı kimi
tanınmasını işinə töhfə verilməsi, Azərbaycan dövlətinin mədəniyyətlər arasında
dialoq və əməkdaşlığa, mədəni müxtəlifliyə dəstəyinin təşviqi, həmçinin istedadlı
gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət
meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının
stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənət sahəsində yeni mövzulara
marağının daha da artırılması məqsədilə keçirilir.
Qaliblər mükafat və fəxri fərmanla mükafatlandırılacaq, eyni zamanda
“Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc
olunacaqdır.

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 145
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 293
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 38
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 203
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 299
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 402
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 504
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 70
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 363
Ted1.az saytı SATILI...