Səlis, təsirli, inandırıcı, qüsursuz danışmaq və düzgün yazmaq istəyən hər kəs üçün xidmət göstərməkdəyik.
Təlimlərimiz fərdi və qrup şəklində keçirilir. Həm onlayn, həm də əyani qaydada reallaşdırılır.
Proqram iki mərhələni əhatə edir.
Fərdi təlimlərdə 1 aylıq ödəniş onlayn olarsa, 270, canlı formada 300 manatdır.
Qrup halında 1 aylıq ödəniş onlayn olarsa, 120, canlı formada 150 manatdır.
Uşaq təlimləri:
Real və onlayn qaydada 100 AZN (8 dərs) qrup təlimi
Real və onlayn qaydada 250 AZN (8 dərs) fərdi təlim
Problemdən asılı olaraq, qiymət cuzi dəyişə bilər.
▪️Tələbələrə təlimi uğurla bitirdikdən sonra sertifikat təqdim olunur.
___ Qeyd: Konsultasiyanın nəticəsindən asılı olaraq, şəxsin diaqnozuna uyğun təlimçi və proqram seçilir. Cəlalə Nəzəroğlu tərəfindən icra edilən kurs 5 təlimdən ibarət olur (4 mərhələ, hər mərhələdə 5 təlim). Real və onlayn təlimlərin qiymət fərqi 50 azn təşkil edir. Fərdi təlimin müddəti 1 saatdır.
🔴Qrup Təlimlərimiz: Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu tərəfindən onlayn sistem üçün spesifik proqram yaradılıb. Proqram bütün təlimçilər tərəfindən heç bir dəyişiklik edilmədən tətbiq olunur. Saydan asılı olmayaraq, bütün iştirakçılar 90 dəqiqə ərzində digərlərini gözləmədən məşq edir, təlimatlari dinləyir, yerinə yetirirlər. Tapşırıqların nəticəsi motivindən asılı olaraq, video və audio formasında təlimçiyə göndərilir. Dərsdən sonra təlimçi göndərilən materialları izləyir, dinləyir və hər bir iştirakçıya fərdi olaraq yenidən təlimat verir. Səhvlərini düzəldir, təkrar üstündə iş aparır. Bundan başqa, təlimin olmadığı günlərdə iştirakçılarla hər gün mütəmadi olaraq votsap üzərindən iş aparılır: yeni sözlər öyrədilir, verilən ifadələr əsasında cümlələr qurmaq tapşırılır, verilmiş mövzularda hazırlıqsız çıxış etməyə aid təlimat verilir.
Xüsusi qeyd: Bu proqram yalnız onlayn qaydada effekt verir. Çünki real dərsdə hamının eyni vaxtda danışması xaosa səbəb olur. Tapşırıqlar icra edilərkən səslər bağlı olduğundan, hər kəs bir saniyə belə vaxt itirmədən daim öyrənməklə məşğul olur.
Kursun qiyməti və müddəti: Qrup təlimlərinin 2 növü var. Kiçik və böyük qruplar. Konsultasiyanın nəticəsindən asılı olaraq, iştirakçı bu iki qrupdan birinə təyin edilir. Kiçik qruplarda (iştirakçı sayı maksimum 7) qiymət 100, böyük qruplarda (iştirakçı sayı 15 nəfərdən çox) 150 azn təşkil edir. Hər 2 kurs 5 mərhələdən ibarətdir. Kiçik qruplarda həftədə 2 dəfə olmaqla, hər mərhələdə 8 təlim keçirilir (bundan əlavə, həftəiçi xeyli zaman ayrılır, votsap üzərindən tapşırıqlar verilir, audio və videolar izlənilir, geri dönüş edilir).
🔴𝗧ə𝗹𝗶mç𝗶𝗹ə𝗿: 𝗠ü𝗷𝗴𝗮𝗻 𝗞𝗮𝗱𝗮𝘀̧𝗼𝘃𝗮, Ü𝗹𝗸ə𝗿 Ə𝗹𝗶𝘅𝗮𝗻𝗼𝘃𝗮, 𝗥ə𝗵𝗺𝗮𝗻 𝗥ə𝘀𝘂𝗹𝗼𝘃 Böyük qruplar ustad dərsi hesab edilir. Həftədə 1 dəfə olmaqla, hər mərhələdə 5 təlim keçirilir (bundan əlavə, həftəiçi xeyli zaman ayrılır, votsap üzərindən tapşırıqlar verilir, audio və videolar izlənilir, geri dönüş edilir).
🔴Təlimçi: Cəlalə Nəzəroğlu ▪️Tələbələrə təlimi uğurla bitirdikdən sonra sertifikat təqdim olunur. Xidmət və kurslarımız haqqında daha ətraflı məlumatı aşağıda qeyd edəcəyik.
Hansı xidmətləri təklif edirik? Düzgün nəfəsalma texnikası (bu, düzgün danışığın təməlidir); Səsin dolğunlaşdırılması; Ağız tənbəlliyinin aradan qaldırılması; Nitqdə qüsurların aşkarlanması və korreksiyası; Söz ehtiyatının artırılması; Ləhcənin təmizlənməsi; Rabitəli nitqin öyrədilməsi; Çıxış həyəcanının aradan qaldırılması; Müxtəlif peşə və vəzifə sahiblərinə uyğun nitqin öyrədilməsi; Mikrofon və kamera qarşısında sərbəst çıxış; Aparıcılıq; Bəlağətli natiqlik; Yazılı nitqin təkmilləşdirilməsi; Şirkət əməkdaşlarına danışıq və düzgün yazı qaydalarının öyrədilməsi; İşgüzar görüşlərdə danışıq təlimləri; Rəhbər şəxslər üçün idarəetmə dili; Satış adamları üçün inadırıcı ünsiyyət; Çıxış mətnlərinin hazırlanmasına və çıxışa dəstək Bədən dili təlimi;
Uşaq və yeniyetmələr üçün düzgün danışıq Kurslarımız
Praktiki danışıq kursu
Açıqlaması: Kurs həm real, həm də onlayn qaydada, qrup şəklində reallaşdırılır. Öyrədilir: Düzgün nəfəsalma texnikası (bu, düzgün danışığın təməlidir); Səsin dolğunlaşdırılması; Ağız tənbəlliyinin aradan qaldırılması; Söz ehtiyatının artırılması; Rabitəli danışıq, fikrin axıcı çatdırılması; Çıxış həyəcanının aradan qaldırılması; Vacib orfoqrafiya qaydaları; Ləhcə və aksentin təmizlənməsi Azərbaycan ədəbi dili heç bir bölgənin ləhcə və dialektinə tabe deyil. Hansı bölgədən böyüməsindən asılı olmayaraq, hər kəs yalnız bir üslubda-ədəbi dildə danışmalıdır. Kursumuzda Şəki, Naxçıvan, Cənub rayonları və digər bölgələrdən olan, ləhcəsi dərhal hiss edilən iştirakçılarımıza yardımçı oluruq. Bundan başqa, müxtəlif xarici dillərdə uzun müddət danışmış şəxslərdə aksent hiss olunmaqdadır. Bu kursda onların tələffüzü Azərbaycan ədəbi dilinə uyğunlaşdırılır.
Rəhbər şəxslər üçün danışıq kursu
Hər bir rəhbər şəxs öz bilik və təcrübəsindən yararlanaraq idarə etdiyi kollektivdə söz sahibi olmaq istəyir. Qorxu və təzyiq altında saxlamadan və yaxud da həddindən artıq “yumşaq” davranaraq işlərin axsamasına səbəb olmadan uyğun bir idarəetmə dilini tətbiq etmək çox vacibdir. Bu, rəhbər şəxsin sözünün kəsərini artırır, əməkdaşların onu lider kimi qəbul etməsinə gətirib çıxarır. Yəni, həm ondan çəkinir, həm də sevərək rəğbət göstərirlər. Belə idarəetmə üsulunda kollektiv arasında hərc-mərclik, dedi-qodu xeyli dərəcədə aşağı düşür, motivasiya yüksəlir. Bütün bunlar özlüyündə işin keyfiyyətinin yüksəlməsinə səbəb olur.
İş görüşündə peşəkar danışıq kursu
Arzuolunan işi əldə etmək bir çox halda yalnız iş görüşündəki söhbətdən asılı olur. Əgər göndərdiyiniz CV-dən sonra müsahibəyə dəvət edilirsinizsə, deməli, sahib olduğunuz kriteriyalar onlar üçün uyğun görünür. Görüş bir növ yazılanların təsdiqi xarakteri daşıyır. Bəzən yüksək bilik və bacarığa malik olan şəxslər yox, sadəcə, inandırıcılıq qabiliyyəti olan, ünsiyyətcil, diribaş adamlar işə qəbul edilir. Qapını necə döymək, içəri girərkən qamətin necə olması, yeriş, duruş, oturuş, danışarkən səsin tonu, seçilən cümlələr, insan haqqında təəssürat yaradacaq tələffüz, mimika və jestlər- hər şey ümumilikdə görüşün taleyini həll edir. İş görüşünə qısa müddətdə hazırlaşmaqla arzu etdiyiniz iş yerinə nəzərdə tutduğunuz məbləğlə qəbul oluna bilərsiniz.
Tv və radioda çıxış edən ekspertlər üçün danışıq kursu
Gördüyü işi, xidməti, məhsulu tanıtmaq üçün bir çox şəxs TV və ya radio efirində, həmçinin sosial şəbəkələrdə çıxış edirlər. Bəzən onların “eeee”, “ııııı”, “mmmm” səslərini çıxararaq əziyyətlə danışması, ləhcə və dialket ünsürlərinin bilinməsi, fikrin dolaşıq ifadə edilməsi piardan daha çox anti-piara çevrilir. Müsbət reputasiya əldə etmək, peşəkar mütəxəssis kimi görünmək üçün bir nömrəli şərt məhz səlis nitqdir. Mikrofon və kamera xofundan əziyyət çəkənlər də bu problemdən xilas ola bilirlər.
Müxtəlif peşə sahibləri üçün spesifik danışıq kursu
Müxtəlif peşələri icra edən şəxslər öz işlərində məhz danışıqları ucbatından tez-tez problem yaşayırlar. Bir həkim necə danışmalıdır? Qüsurlu tələffüzü, kobud səsi, dolaşıq fikirləri olan bir psixoloq öz pasiyentinə nə dərəcədə yardım edə bilər? Müəllim dərsi effektiv keçmək, tələbə və şagirdləri ələ almaq üçün necə danışmalıdır? Ofisant müştəri ilə ünsiyyətdə olarkən nələrə diqqət etməlidir? Bu siyahını uzatmaq olar... Bu kursda məhz spesifik olaraq peşə dili öyrədilir...
Çağrı mərkəzləri (”Call centre”) danışıq kursu
Adətən, bu şəxslər hər bir qurum və şirkət haqqında ilkin təəssürat yaradırlar: Zəngə cavab verənlər, mühafizədə olanlar, qeydiyyatda (“reseption”) çalışanlar... Bu baxımdan cağrı mərkəzində çalışanların danışıq və ünsiyyət qabiliyyəti çox vacibdir. Üzündə təbəssüm olmadan, narazı səslə danışan, vətəndaş (və ya müştəri) əsəbi olduğu zaman onu sakitləşdirməyi bacarmayan, pis tələffüzü, yorucu, zəif səsi ilə qarşı tərəfi bezdirən əməkdaş işlərinizi irəli apara bilməz. “Adi zəngə cavab verən”, - deyib keçməyin. Bəlkə də ən vacib əməkdaşınız odur. Onların fərdi inkişafına azacıq vəsait xərcləməklə gəlirlərinizi dəfələrlə artıra bilərsiniz.
Satışda işgüzar danışıq kursu
Bir məhsulun və ya xidmətin keyfiyyətli, vacib olması onun daha çox satılması anlamına gəlməz. Burada onun düzgün təqdim olunması- inandırıcılıq çox mühümdür. Hər bir satış əməkdaşının təmiz, dolğun, savadlı, peşəkar danışması müştərini sehirləyərək özünə cəlb edir. Ən lazımlı xidməti və məhusulu normal danışa bilməyən şəxs uğursuz təqdim etməklə gözdən sala bilər.
Aparıcılıq, müxbirlik, qiraətçilik kursu
Şirkətimizdə aparıcı və ya öz səsi ilə mətnlər oxumaq istəyən müxbirlərə, sosial şəbəkələrdə və ya radio-televiziya efirlərində şeir, hekayə səsləndirmək istəyənlərə spesifik xidmət göstərilir.
Youtuber və blogerin danışıq kursu
Həvəskar və ya peşəkar formada bloqerliklə məşğul olan şəxslər izləyici sayını artırmağı, işini daha da böyütməyi hədəfləyirlər. Burada nitqin əvəzolunmaz rolu var. Yadınıza salın, həvəslə izlədiyiniz, kanalına abunə olduğunuz şəxslərin hamısı istisnasız sizi nitqi ilə cəlb edənlərdir. Əlbəttə, görüntü də vacibdir. Amma hətta HD keyfiyyətdə olan bir görüntünü də qüsurlu nitq yorucu hala sala bilər, 30-40 saniyədən sonra videonun izlənilməsi dayandırılar. Qısamüddətli məşqlərdən sonra yutuber və bloqerlər daha geniş kütlənin sevimlisinə çevrilə, daha çox gəlir qazana bilirlər.
Peşəkar yazılı nitq, işgüzar yazışma kursu
Səlis danışmaq qədər savadlı yazmaq da vacibdir. Gündəlik ünsiyyətimizin yarıdan çoxunu yazaraq təmin edirik. Təcrübə göstərir ki, bir çox insan danışdığı kimi yazır, durğu işarələrinin yerini bilmir. Bu isə həmin şəxslər haqqında savadsız təəssüratı yaradır. Bəzən hansısa statusu və ya rəyi, yaxud da bizə gəlmiş SMS-i, e-maili oxuyanda bir cümlənin az qala hər söznüdə səhv tapırıq. Həmin şəxs heç bir vəchlə bizə savadlı və peşəkar olduğunu sübut edə bilməz. Orta məktəb səviyyəsində 10-15 qaydanı öyrənməklə özünüzə qarşı fikri dəyişə bilərsiniz.
Uşaq və yeniyetmələr üçün danışıq kursu
Uşaqların nitqi ilə vaxtında maraqlanmamaq onların sonralar bir çox psixoloji problem yaşamasına səbəb olur. Uşaqlar özlərini ifadə edə bilmir, çarəsiz vəziyyətə düşürlər. Getdikcə utancaqlıq sindromu onları tamamilə sarıyır, özünü aciz, fərsiz, lazımsız, güvənsiz hiss etməyə başlayır. Uşağa elə gəlir ki, danışsa, ona güləcəklər, dostları ondan daha ağıllıdır və s. Yeniyetməlik dövründə bu problemlər daha da qabarır. Yaranmış travmalar insanın bəzən bütün ömrü boyu davam edir. Belə şəxslər çox zaman nə ailə həyatında, nə dostlar arasında, nə də iş yerində layiq olduyqları mövqeyə sahib ola bilirlər. Odur ki, övladının gələcəyini düşünən hər bir valideyn bu kursumuzdan yararlanır, onlara ən vacib nemətlərdən biri olan danışıq qabiliyyətini bəxş edirlər.
Vacib etiket və davranış qaydaları
Bir insan haqqında müsbət fikir formalaşdıran, onun mədəni görünməsini təmin edən vacib cəhətlərdən biri də etiket qaydalarıdır. Bir çox şəxs bunları tamamilə bildiyini zənn edir. Amma işin dərinliyinə daxil olduqda, nə qədər səhvə yol verdiyini anlayırlar. Birinci kim salam verməlidir - içəri girən, yoxsa artıq içəridə olan? Liftə birinci kişi, yoxsa qadın daxil olmalıdır? Kişi nə zaman qadına əl uzada bilər? Əl necə sıxılmalıdır? Harada, necə danışmaq lazımdır? Nəyi demək olar, nəyi yox? İşdə subordinasiya qaydası necə olmalıdır? Əməkdaş rəhbər şəxslə və ya əksinə, necə davranmalıdır? Buna bənzər bir çox sualın cavabını məhz bu kursumuzda tapa bilərsiniz.
Bədən dili
Bədən dili hələ qədim zamanlardan qeyri-ixtiyari formada ortaya çıxan ümsiyyət vasitəsidir. Bütün insanlar danışanda bədən dilinən istifadə edirlər. Bəs bunu sonradan öyrənmək nəyə lazımdır? Məsələ burasındadır ki, hər bir hərəkətin xüsusi mənası var və qarşıdakı şəxsin alt şüuruna təsir edir. Bədən dilini qeyri-ixtiyari formadan çıxarıb ixtiyari formaya gətirməklə siz insanları sözün yaxşı mənasında idarə edəcəksiniz. Hansı hərəkətin necə təsir etdiyini bildiyiniz üçün ixtiyari jest və mimikalardan istifadə etməklə uğurlu ünsiuyyət quracaqsınız.
Loqoped xidməti
Bəzi fiziki problemlər var ki, onlar yalnız loqopedin müdaxiləsi ilə ortadan qaldırılır. Belə olan halda, əvvəlcə fiziki maneələr həll edilir, daha sonra diksiya təlimlərinə başlanılır.
Xüsusi xidmət: Millət vəkilliyinə namizədin çıxışa hazırlanması
Heç kəsə sirr deyil ki, Azərbaycanda deputatlığa namizədlər efirdə və ya seçiciləri qarşısında nitq söyləyərkən heç də hər zaman uğurlu olmurlar. Hətta bəzi nitqlərdən arzuolunmaz parçalar kəsilərək sosial şəbəkələrdə paylaşılır, lağ obyektinə çevrilir. Hər bir siyasi fiqur ən birinci nitqi ilə təsir etməyi bacarmalıdır. Dünya təcrübəsində siyasətçilərin nitqi, çıxış mətnləri, etiket qaydaları ilə işləyən xüsusi komanda mövcuddur. Onlar bu məsələyə etinasız yanaşmır, hətta ən vaciblər sırasına qoyurlar. Müsbət reputasiya ən birinci nitqlə başlayır. Sizi səlis danışığa, savadlı yazmağa dəvət edirik! Uğurlar!
Bu ilki qiymət paketləri: Uşaq qrupu: 6 təlim-60 azn 12 təlim-100 azn(120 deyil ) Fərdi (onlayn): 6 təlim - 150 azn 12 təlim - 220 azn Fərdi (real): 6 təlim - 170 azn 12 təlim - 240 azn
Böyüklər üçün qrup: 6 təlim-100 azn 12 təlim-175 azn (200 deyil) Fərdi (onlayn) 6 təlim-220 azn 12 təlim-350 azn (440 deyil) Fərdi (real) 6 təlim-250azn 12 təlim- 400 azn(500 deyil)
Əlaqə
+994518432599 (whatsapp, zəng) +994774641868 (whatsapp, zəng)