Çərşənbə axşamı, 6 Oktyabr, 2026

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar


  • Dərc edildi: 6 Oktyabr, 2026 - 19:44
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar

 

25 sentyabr – 5 oktyabr 2026-cı il tarixlərində Vyetnamın Hanoi şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2026) Azərbaycan məktəbliləri ölkəmizi uğurla təmsil ediblər.

 

Olimpiadanın yekun nəticələrinə əsasən, Azərbaycan komandası 3 bürünc medal qazanıb:

 

Ərtoğrul Məhərrəmli — Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi — bürünc medal;

 

Mehdi Qasımlı — Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi — bürünc medal;

 

Orxan Tağıyev — Bakı şəhəri, fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi — bürünc medal.

 

Bununla yanaşı, Orxan Tağıyev komanda yarışında da qalib olub.

 

Azərbaycan komandasının Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı ölkə üzrə keçirilən Azərbaycan Astronomiya Olimpiadasının nəticələri əsasında formalaşır.

 

Azərbaycan Astronomiya Olimpiadasının keçirilməsində əsas məqsəd şagirdlər arasında astronomiyaya marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, istedadlı şagirdlərin aşkar olunması, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin edilməsidir.

 

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyidir. Azərbaycan Astronomiya Olimpiadası Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

 

Məktəblilərimizi təbrik edir, onlara gələcək təhsil və elmi fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

Ən Son Məqalələr

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 4
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 188
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 793
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 291
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 472
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 554
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 680
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 637
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 1058
“İbtidai sinif şagir...