🪂Uçmaq istəyənlərin nəzərinə!🤩 Paraplan - Yamac Paraşütü TURLARI!

🪂Uçmaq istəyənlərin nəzərinə!🤩 Paraplan - Yamac Paraşütü uçuşlu turlarımız davam edir! 

🗓️Uçuş tarixləri havadan aslıdır. Tarixi dəqiqləşdirmək üçün bizimlə əlaqə yarada bilərsiniz. Hava yaxşı olanda hər gün uçuşlar təşkil edilir. 

🚘1 nəfərlik qiyməti 130 AZN (Öz nəqliyyatınızla gəlsəz) (+20 AZN isə çəkiliş üçün istəsəz verirsiz, istəməsəniz çəkiliş olmur) 

🚍Bizim nəqliyyat ilə getsəniz 1-3 nəfər olsaz əlavə cəmdə 60 manat, 4-10 nəfər olsaz adama 20 manat, 10 nəfərdən çox olsaz adama 15 manat əlavə nəqliyyat xərci düşür.☺️ Bəzən 1-2 nəfər olsaz öz maşınımızda yer olsa nəqliyyatı pulsuz da hədiyyə edə bilirik, vaxtdan və danışıqdan aslıdı.🤗 

🚨Ümumi məlumat: Uçuşlar həftə içi və həftə sonları Bakıdan 75 km-lik məsafədə yerləşən Beşbarmaq dağından keçirilir. Uçuşlar beynəlxalq sertifikata sahib və xüsusi təlimlər keçmiş peşakar təlimçilər tərəfindən keçirilir. Hündürlük 500 metr.

 İş saatları 09:00-17:00. 

Qiymət 130 AZN 

Qiymətə daxildir: ✅ 10-25 dəqiqəlik uçuş ✅ Offroad maşınlar ilə dağa qalxma və eniş nöqtəsindən toplanış nöqtəsinə transfer ✅ Təlim 

📌Çəki limitləri: Minumum 20kq, maksimum 120 kq. (Havadan asılı olaraq çəki limiti arta bilər, 120-dən çox da ola bilər) 

📌Çəkiliş ödənişə daxil deyil. Əlavə olaraq çəkilişin qiyməti 20 AZN- dir 📌Geyim: İsti, Rahat geyim və qaçış üçün uyğun ayaqqabı və ya bot 

Sizə uyğun günü (həftə içi və ya həftə sonu) qeyd etsəniz sizə uçuş planı barədə məlumat verə bilərik. 

Qeydiyyat: 

0518432599 WP, 

0774641868 WP 

=============================== https://youtube.com/shorts/FL5vWD1UF9k?feature=share3 

Belə bir deyim var - göyün yeddinci qatında olmaq. Elə mən də özümü 500 metrə yaxın yüksəklikdə olanda bu cür hiss etdim. Bu həzzi yaşamaq üçün Bakıdan sizi cəmi 95 kilometr ayırır. Oxu.Az-ın əməkdaşları bu dəfə Beşbarmaq dağında yamac paraşütü (paraplan) reallaşan ərazidə olublar.

 Mistika, yoxsa arzuların reallaşması? 

Kənardan baxanda beş barmağın siluetini əks etdirən və niyyətlərin gerçəkləşməsi mistikasına bürünən Beşbarmaq dağı həm də mavi səmanın ənginliklərində süzmək istəyənlərin arzularını reallaşdırır. Paraplan - yumşaq qanadlı planer olub, qanadı hava axını hesabına hava tutucuları ilə şişən uçuş aparatıdır. Qaldırıcı qüvvə qanad profilini qarşıdan gələn havanın bürüməsi hesabına yaranır. Paraplanın irəli hərəkəti ağırlıq gücünün təsiri nəticəsində baş verir. Bu paraşütü “süzən qartal” da adlandırırlar. Səmada qartal kimi süzmək istəyənlər üçün dağın ətəyində toplanış məntəqəsi yaradılıb. Hər kəs toplandıqdan sonra maşınlarla yüksəkliyə qalxırıq və avadanlıqlar hazırlanmağa başlanılır. Ərazidə küləyin axınının sürətini ölçmək üçün anemometr yerləşdirilir. Əgər küləyin sürəti 20 m/s-dək güclənərsə, duman, yağış olarsa, uçuş təxirə salınır. Azərbaycan Yamac Paraşütü Birliyinin sədri Sərdar Şahin deyir ki, 26 ildir ölkəmizdə yaşayır: “Bu idman növündə əsas hava şəraitinin normal olmasıdır və diqqət ediləsi məqam geyimdir. Çəkmələr, eynək, əlcək çox vacibdir. Paraplanın hobbi, idman və turist kimi növləri var. Bu, yamacdan aşağı və daha yuxarıya doğru uça bilən paraşütdür. Biz küləyin düzgün istiqamətə doğru əsməsi ilə havada sanki qartal uçuşunu yamsılayırıq. Qartal havada qala bilirsə, demək ki, düzgün bir hava şəraiti var”.

 https://youtube.com/shorts/Xhi1wqGbsIg?feature=share3 

Əgər pilotun qarşısındakı şəxs qaçmasa, uçuş baş tutmayacaq 

Qeyd edək ki, birliyin 100-ə yaxın pilotu var. Onlar beynəlxalq sertifikat almaq üçün Türkiyədə təlim keçirlər. Azərbaycanda paraplanerçilik 2012-ci ildən inkişaf edib. Paraşütün uzunluğu on, eni üç metr olur. Uçuş üçün avadanlıqlar hazırlanır, mütləq dəbilqə, eynək taxırıq. Təhlükəsizliyə riayət etmək mütləqdir. Az da olsa, həyati təhlükəsi var. S.Şahin deyir ki, külək istədikləri kimi olarsa, saatlarla havada qalmaq olar: “Enmə təxminən 8-10 dəqiqə olur. Amma külək olarsa, təpəyə də çıxmaq olar və istədiyiniz vaxt enə bilərsiniz. Bu, pilotdan asılıdır. Eyni zamanda, günəşli havanın da görünməyən bir qalxma havası olur. Dünya rekordu bu cür hava zamanı 600 kilometr civarında olub. Paraplanla buradan başqa bir şəhərə getmək mümkündür”. Yamac paraşütündə hər şey uçuş üçün qaçmağa başlayan zamandan asılıdır. Əgər pilotun qarşısındakı şəxs qaçmasa, hər ikisi yıxıla bilər. Bu zaman risk yaranır və uçuş baş tutmayacaq...

 https://youtube.com/shorts/zE-IaDXQURM?feature=share3 

Elə mən də uçuş üçün qaçmağa başlayanda həyəcanlı idim. Həmin vaxt “bəlkə, yox” desəm də, ayağım yerdən üzüldü. Artıq göydəyəm və ətrafı quş uçuşu baxışından izləyirəm. Yaşadığım həyəcanı, həzzi, zövqü sözlə ifadə etmək çox çətindir. Gərək özünüz bu hissi yaşayasınız... Birliyin sədri deyir ki, Azərbaycanda dənizə yaxın və yüksək olduğu üçün Beşbarmaq ərazisi seçilib: “Uçuşlar üçün ən təhlükəsiz ərazi buradır. Çünki qarşımızda, sadəcə, dəniz var. Azərbaycan coğrafi baxımdan bu turizmə istiqamətinə uyğundur. Hazırda dünyada bu turizm növü aktivdir və Azərbaycanda da inkişaf etdirmək olar. Bu, bahalı idman növü də sayılır. Yamac paraşütünə əsas qanad, asqı sistemi, köməkçi paraşüt, bolt, dəbilqə, əlcək daxildir. İkinci paraşütü hər hansı bir təhlükə olarsa və ya qanad çıxılmaz vəziyyətə düşdükdə istifadə etmək üçündür. Qiyməti 3 000-4 000 avrodur. Yeni başlayan şəxslər üçün qanadı kirayələmək məsləhət görülür. Təlimləri tam bitirdikdən sonra öz yamac paraşütünüzü ala bilərsiniz. Təlim üçün qiymət 500 manatdır. Turist kimi isə səmada olmaq bir nəfərə 120 manata başa gəlir. Avadanlıqlar birlik tərəfindən verilir.  

 https://youtube.com/shorts/LROzCnn58i0?feature=share3  

 Tandem və ya solo... Yamac paraşütündə tandem (pilotla) və solo (tək) uçuşlar olur. Solo uçuş üçün məşqlərə təxminən iki ay vaxt lazımdır ki, səmada tək süzə biləsiniz. Tandem çox məsuliyyətli işdir. Çünki bunu həyata keçirən şəxs tək öz həyatına yox, həm də sərnişinin həyatına cavabdehdir. Bu idman növündə pilotla uçuş edən şəxslər enmə zamanı ayaqlarını, sadəcə, yuxarıya doğru və duz saxlamalıdırlar. Əgər təlimatda dediyi kimi etməsəniz, ayağınız burxula, qırıla bilər.  

 https://youtube.com/shorts/Im4vqKZC4nA?feature=share3   

Yamac Paraşütü Birliyinin üzvü İlqar Məmmədovun sözlərinə görə, insanların əksəriyyəti paraplan ilə paraşütü səhv salırlar: “Paraşüt haradansa enmək üçündür. Paraplan isə yuxarı qalxmaq üçün təyinatlıdır. Qanadı qaldırırıq və qalxırıq. Paraplanın yaranmasının dəqiq tarixini demək qeyri-mümkündür. Ümumilikdə götürəndə vətəni Fransadır. Yamac paraşütü maşın sürməkdən daha təhlükəsizdir”. O qeyd edib ki, əsasən, Bakıətrafı, Şamaxı, Qəbələ və digər rayonlarda da uçuşlar həyata keçirirlər. “Bu idman növündə saatlarla göydə qala bilərsiniz. Hava axınlarını tutaraq uçduğumuz yerə geri qayıda bilərik. Ən çox 2 saat 20 dəqiqə uçuş etmişəm. Bunu belə etmək problem deyil. Hazırda əsas məqsədimiz bir regiondan digər regiona getməkdir”. “Əvvəllər insanlarımız bu idman növündən məlumatsız idilər. Dövlət tərəfindən dəstək var. Müəyyən işlər aparılır. Birliyin üzvləri artır. Ümid edirik ki, dövlət tərəfindən daha çox dəstək olar və inkişaf etməyə doğru gedər. Uçuşa gələn insanlar öncə özlərinə inansınlar. Bu idman növündən necə zövq aldığımı izah edə bilmərəm. Siz uçanda dağlarda qartallarla eyni hava axınına qarşı uçursunuz. O zaman özünüzü təbiətin bir hissəsi kimi hiss edirsiniz”. Uçuşdan sonra paraplan macəramızın ən gözəl anı yaxınlaşır: yamac paraşütünün 10-a yaxın pilotu 28 May - Müstəqillik Günü münasibətilə səmada bayraqlar açırlar.

 Qeydiyyat: 

0518432599 WP, 

0774641868 WP  


Paylaş