Çərşənbə axşamı, 24 Fevral, 2026

Müəllim-şagird komandaları arasında “Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsi


  • Dərc edildi: 4 May, 2023 - 16:30
Müəllim-şagird komandaları arasında “Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsi

“Nərdivançı” sosial müəllim layihəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin təşkilati dəstəyi və Avtosfer.az saytının informasiya dəstəyi ilə “Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsi elan edir. Müsabiqə şagirdlərin yol hərəkəti qaydaları haqqında maarifləndirilməsi və müəllimlərin dərslərində layihə çərçivəsində ərsəyə gələcək videoçarxlardan dərs vasitəsi kimi istifadə etməsi məqsədi daşıyır. Müsabiqəyə ölkədə fəaliyyət göstərən dövlət və özəl orta təhsil müəssisələrində çalışan müəllimlər öz şagird komandası ilə qoşula bilər. Müsabiqəyə təqdim olunan işlərin qəbulu 5 may 2023-cü il tarixindən 5 iyun 2023-cü il tarixinə kimi davam edəcək. Qeyd olunan şərtləri ödəyən videoçarxlar "Nərdivançı" layihəsinin Facebook səhifəsində paylaşılacaq. Paylaşılan videoçarxlar içərisindən münsiflər heyəti tərəfindən ilk üç videoçarx seçilərək qalib k

omandalar müəyyənləşdiriləcək. Müsabiqənin şərtləri: ▪️Komanda 1 rəhbər müəllim, 2-4 şagird üzvdən ibarət olmalı; ▪️Videoçarxlar məktəblilərin yol hərəkəti qaydaları haqqında maarifləndirilməsinə xidmət etməli; ▪️Videoçarx 1-3 dəqiqəlik olmalı; ▪️ Videolar keyfiyyətli, albom formatında çəkilməli, montaj olunmalı; ▪️ İştirakçı (rəhbər müəllim) özü haqqında zəruri məlumatları (ad, soyad, atasının adı, yaşadığı şəhərin (rayonun) adı, çalışdığı təhsil müəssisəsinin adı, tədris etdiyi fənnin adı, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 5 iyun saat 23:59-a qədər [email protected] e-mail ünvanına göndərilməlidir. Qeyd edək ki, müsabiqədə "Nərdivançı" layihəsinin işçi heyətinin müəllimləri iştirak edə bilməz. Müsabiqənin nəticələri 20 iyun 2023-cü ilədək elan olunacaq. Təltifetmə tədbiri əyani şəkildə Bakı şəhərində rəsmilərin iştirakı ilə baş tutacaq. Qalib komandalara diplomlar və hədiyyələr təqdim olunacaq.

Ən Son Məqalələr

Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 162
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 207
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 399
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 78
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 267
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 384
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 485
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 608
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 123
Bu il keçiriləcək bu...