Bazar, 29 Noyabr, 2026

“Şəki Zəkası” intellektual layihəsi başa çatıb


  • Dərc edildi: 30 Noyabr, 2026 - 00:01
“Şəki Zəkası” intellektual layihəsi başa çatıb

 

“Şəki Zəkası” intellektual layihəsinin icrası başa çatıb.

Ayşən Bəkirovanın rəhbərliyi ilə həyata keçirilən layihə “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və SDG Youth Community-nin təşkilatçılığı ilə reallaşdırılıb.

100-dən çox iştirakçının qoşulduğu layihənin əsas məqsədi intellektual yarışlar vasitəsilə bilik və dünyagörüşünün inkişafına, komanda işinin təşviqinə və sağlam rəqabət mühitinin formalaşmasına töhfə vermək olub. Layihə çərçivəsində iştirakçılar bilik və bacarıqlarını sınamaq, komanda şəklində qərarlar qəbul etmək və öz potensiallarını nümayiş etdirmək imkanı əldə ediblər.

Layihə çərçivəsində 3 seçim turu keçirilib, final mərhələsində 8 komanda qalibiyyət uğrunda mübarizə aparıb.

Finalın nəticələrinə əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialını təmsil edən “Atabəylər” komandası I yerə, Şəki Tibb Kollecinin “Zəfər” komandası II yerə, Şəki Dövlət Peşə Təhsil Mərkəzinin “Zəka” komandası isə III yerə layiq görülüb.

 

Ən Son Məqalələr

“Şəki Zəkası” intellektual layihəsi başa çatıb
30 Noyabr, 2026 - 00:01 604
“Şəki Zəkası” intell...
Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 225
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 264
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 291
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 509
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1248
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 534
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 715
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 844
“Biologiyanın İntera...