Bazar ertəsi, 4 May, 2026

Riyaziyyatçılar süni intellektin imkanlarına şübhə ilə yanaşırlar


  • Dərc edildi: 10 Yanvar, 2019 - 10:22
Riyaziyyatçılar süni intellektin imkanlarına şübhə ilə yanaşırlar

İsrail riyaziyyatçıları sübut ediblər ki, süni intellekt məlumat yığımında qanunauyğunluğu tapmağa və ya istənilən suala birmənalı cavab verməyə heç də həmişə qadir deyil. Onların bu barədə qənaəti “Nature Machine Intelligence” jurnalında dərc edilib. Hayfada Texnion İnstitutunun əməkdaşı Amir Yehudayovun sözlərinə görə, həlli açıq qalan məsələlərin mövcudluğu riyaziyyatçılara çoxdan məlumdur. Lakin onlar sadə maşın təlimində buna bənzər halın baş verəcəyini gözləmirdilər. Bu, onu göstərir ki, informasiyanın “sıxılması” ilə təlim prinsipinin özü arasında xüsusi fundamental əlaqə var. Müasir maşın təlimi sistemləri və süni intellekt çox sadə prinsip əsasında işləyir.
Onlar insan tərəfindən hazırlanmış geniş məlumat bazasından istifadə edərək müəyyən qanunauyğunluqları “görməyi”, düzgün cavabları səhvdən ayırmağı tədricən öyrənir. Bu cür yanaşma əvvəlcə təsvirlərin tanınması sisteminin yaradılması üçün tətbiq olunub. Sonra məlum olub ki, onu sərbəst şəkil çəkməyi və musiqi yaratmağı bacaran “yaradıcı” süni intellektdən tutmuş insanların köməyi olmadan dərs oxuyan, qaydaları bilməklə bir neçə stolüstü oyun oynamağı bacaran “AlphaZero” maşınınadək, demək olar, hər şeyə tətbiq etmək mümkündür. Ona görə də hazırda proqramçılar, filosoflar və riyaziyyatçılar son dərəcə “ümumi” süni intellektin istənilən sərbəst məlumatlar arasında qanunauyğunluq tapa bilib-bilməyəcəyi və bütün mümkün suallara cavab verib-verməyəcəyi üzərində düşünürlər.

Ən Son Məqalələr

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 58
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 119
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 113
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 104
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 356
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 565
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 180
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 173
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1280
SOCAR-ın Sumqayıt və...