Bazar, 14 Dekabr, 2025

11-ci sinif şagirdləri üçün ABŞ-da 1 illik pulsuz təhsil almaq şansı - TƏQAÜD PROQRAMI


  • Dərc edildi: 12 Oktyabr, 2021 - 07:35
11-ci sinif şagirdləri üçün ABŞ-da 1 illik pulsuz təhsil almaq şansı - TƏQAÜD PROQRAMI

Gələcək Liderlərin Mübadilə Proqramı (FLEX) 2022-2023 akademik ili üçün açıqdır!   Son tarix: Oktyabr 15, 2021   Koronavirus pandemiyası ilə əlaqədar olaraq, təhlükəsizlik məqsədilə FLEX Proqramı 2022-23 proqram ili üçün imtahanı 2021-ci ilin payızında ONLAYN şəkildə keçirilir. Müraciət edənlər mobil telefondan və ya kompüterdən istifadə edərək istənilən yerdən internetə daxil olub qəbul prosesində iştirak edə bilərlər. İştirakçıların fərdi testlərdə iştirak etməməsinə baxmayaraq, FLEX proqramına qəbul üç ciddi turdan ibarətdir.   1-ci tur: 15 oktyabr 2021-ci il tarixinə qədər uyğunluq tələblərinə cavab verən şagirdlər üçün portal açıq elan edilir. Bu tura ilkin onlayn ərizə və ərizə verildikdən sonra 10 gün ərzində təqdim edilməli olan 3 inşa sualı daxildir.   2-ci tur: Şagirdlər onlayn ingilis dili testində iştirak etməyə dəvət olunurlar.   3-cü tur: Bu yarımfinal turu noyabr ayında başlayacaq və müsahibə, daha 3 inşa sualı, tam müraciət formu və hərtərəfli ingilis dili testindən ibarət olacaqdır. Bu mərhələyə keçən şagirdlərə Amerika Beynəlxalq Təhsil Şurası ofisi dəvət göndərəcəkdir.   Uyğunluq tələbləri   Müsabiqədə iştirak edən şagirdlər aşağıdakı tələblərə cavab verməlidir:   15 fevral 2004 – 15 iyul 2007-ci il tarixləri arasında anadan olmalı. Müraciət edən zaman 11-ci sinifdə oxumalı və ingilis dilini yaxşı və ya əla bilməlidir. ABŞ-ı

n viza uyğunluğu tələblərinə cavab verməlidir. Son 5 ildə ABŞ-da 3 aydan artıq qalmamalıdır. Azərbaycan vətəndaşı olmalıdır.   Fiziki məhdudiyyətli şagirdləri də müsahibədə iştirak etməyə dəvət edirik. Hər il fiziki məhdudiyyətli şagirdlər ABŞ-da bu proqramda iştirak edirlər. Əvvəl görmə, eşitmə məhdudiyyətli və inkişaf pozğunluğu olan şagirdlər FLEX proqramında iştirak ediblər.   FLEX ABŞ Dövlət Departamentinin ABŞ hökuməti tərəfindən maliyyələşdirilən proqramıdır. Bu təqaüd proqramı iştirakçılara 1 təhsil ili ərzində Amerikalı ailədə yaşamaq və Amerikalı məktəbdə oxumaq şansını verir. FLEX proqramı təyin olunmuş əsas uyğunluq tələblərinə cavab verən bütün şagirdlər üçün açıqdır. Müraciət etmək üçün https://ais.americancouncils.org/flex səhifəsinə daxil olun.   Müraciət formu oktyabrın 15, 2021 qədər təqdim olunmalıdır. 1-ci tur təlimatı: https://www.instagram.com/tv/CTw_698j6vX/?utm_source=ig_web_copy_link Online müraciət formu təlimatı: https://www.instagram.com/tv/CTxBYzsDMxq/?utm_source=ig_web_copy_link   Müraciət edin: https://ais.americancouncils.org/flex   Əlavə məlumat ücün [email protected] email ünvanına yazın.

Ən Son Məqalələr

SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 82
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 20
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 17
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 55
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 635
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 229
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 203
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 542
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 566
Qubadlıya öz sahiblə...