16-18 may tarixlərində Bakı Ekspo Mərkəzində kənd təsərrüfatı və qida məhsullarının nəhəng regional forumu – 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgisi keçiriləcək. Sərgi aqrar sektorun ən müxtəlif sahələrini təmsil edən şirkətlər üçün nəzərdə tutulmuş kənd təsərrüfatı texnikasının, habelə avadanlıq və texnoloji həll variantlarının tematik nümayişini təmin edən ən iri regional platforma statusunu bir daha təsdiq edəcək. Həmçinin tərəvəzçilik, sənaye təyinatlı bağçılıq və üzümçülük sahələri üçün müasir kənd təsərrüfatı texnologiyalarını təqdim edən bu sərgi layihəsinin məqsədi meyvə-tərəvəz biznesinin sahə və bağlardan tutmuş istehlakçılara qədər bütün prosesi çərçivəsində həm yerli, həm də qlobal müstəvidə mövcud olan ən yaxşı məhsul və xidmətləri nümayiş etdirməkdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Caspian Agro” sərgisinə yaxından dəstək göstərir. Həmçinin, sərgi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.
Bu il “Caspian Agro 2018” sərgisində Azərbaycan, Almaniya, ABŞ, Belarus, Çin, Gürcüstan, Hollandiya, İtaliya, İspaniya, Niderland Krallığı, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distributorları iştirak edəcəklər. İlk dəfə olaraq sərgidə Vyetnam iştirak edəcək. Ümimlikdə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edərək quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, heyvandarlıq sektoru üçün avadanlıqlar və yemlər, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası və s. təqdim edəcək.
Sevindirici haldır ki, sərgidə xarici istehsalçılarla yanaşı, yerli şirkətlər də iştirak edəcəklər. Bu şirkətlər istixana, suvarma sistemi, meyvə və tərəvəz, gübrə, baytarlıq və s. məhsulları ziyarətçilərə təqdim edəcəklər. Ənənəvi olaraq, “Caspian Agro” sərgisində ən son avadanlıq və texnikalarla tanışlıq məqsədi ilə Azərbaycan regionlarını təmsil edən sahibkar və fermerlər üçün info-turlar təşkil olunacaq. Sərginin işgüzar proqramı çərçivəsində B2B görüşlər və kənd təsərrüfatı sektorunda mövcud olan bütün yeni texnologiyalar haqqında daha ətraflı məlumat vermək üçün seminar və konfrans təşkil olunacaq. “Caspian Agro” sərgisinin qeydiyyat üzrə sponsoru daimi iştirakçısı olan - Maschio Gaspardo şirkətidir.
Ümumiyyətlə, sərgi kənd təsərrüfatı sektorunun ən aktual sahələrini əhatə edəcək və quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, heyvandarlıq sektoru üçün avadanlıqlar, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası, laboratoriya avadanlıqları və s. sektorlar üzrə bir sıra yeni məhsullarla tanış olmaq üçün imkan yaradacaqdır.
Beləliklə, “Сaspian Agro 2018” sərgisi iştirakçılara ən son tendensiyalarla tanış olmaq üçün imkan yaratmaqla yanaşı, əməkdaşlığı genişləndirmək və yeni işgüzar əlaqələr qurmaq üçün də lazımı şəraiti təmin edəcək. Bu isə Azərbaycanın kənd təsərrüfatı sənayesinə investisiya yatırımını artırmağa, eləcə də bu sahədə ən son texnologiyaların tətbiqinə kömək edəcəkdir.
Yüzilliklər boyu müəllimlərin istifadə etdikləri əsas vasitələr dinamik inkişaf edən ən müasir kommunikasiya texnologiyaları ilə yanaşı nitq və adi lövhə olmuşdur. İş adamlarına gəldikdə isə, onlar iş birliyi qurulan zaman potensial tərəfdaşın gözünün içinə baxmaqla onun əlini bərk-bərk sıxmağa üstünlük verirlər. İnsan sosial varlıq olaraq istər elektron, istərsə də çap materiallarından bir vasitəçi kimi istifadə etməklə ilə ünsiyyət qurmaq zəruriyyətindən heç vaxt xilas ola bilməyəcək.
Bu gün sərgi bu cür ünsiyyət qurmaq üçün unikal bir platformadır. Məhz buna görə də, sərgilərin hər şeydən əvvəl təəssüratlar baxımından oynadığı rol ildən-ilə inkişaf edir. Axı sərgilər insanları başqa bir aləmə apararaq fərdi maraq dairəsinə düşən hər hansı bir sənaye və ya sahədə mövcud olan yaxşıların ən yaxşını bir dam altında toplamaq gücünə malikdir!
Ticarət sərgiləri sənaye mütəxəssisləri olan peşəkarlar, habelə ayrı-ayrı fərdlər üçün geniş imkanlar yaradır və yeni nəsil üçün yeni texnologiya və ideyalar aləminə, nəhayət, yeni biliklərə yol açır. Sərgilər məhsul və xidmətlər ilə yaxından tanış olmaq, istehsalçı və təchizatçılar ilə görüşərək ünsiyyət qurmaq imkanını təmin edir. Burada hər hansı bir məhsulu yerindəcə görmək və iştirakçılara öz məhsulları barədə çoxlu suallar vermək mümkündür. İştirakçılar isə sizinlə həm öz iş təcrübələri ilə bölüşəcək, həm də sizin faydalı tərəfdaş və həmkarlarınıza çevriləcəklər.
Beləliklə, sərgiləri ziyarət etməklə Siz aşağıdakı unikal şanslara malik olursunuz:
Yalnız sərgilər Sizə ən qısa zaman kəsiyində, vaxt sərf etmədən bir çox səriştəli mütəxəssislər ilə ünsiyyət qurmaq imkanını təqdim edir və onlar ilə görüşmək üçün səfərlərə xərclənəcək külli miqdarda maddi vəsaitə qənaət etmənizə şərait yaradır.
Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin tədbirə girişi tədbirin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.
"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515
Sərgiyə necə gəlmək olar:
"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.
Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:
Sizi tədbiri ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!
Bu il təşkilatçılar “Bagcam.az” uşaq bağçaları şəbəkəsi ilə əməkdaşlığa başlamışlar. Bu şəbəkə sərgidə uşaqlar üçün əyləncə zonası yaradacaq və valideynlər öz uşaqlarını bu təhlükəsiz zonaya ötürdükdən sonra sərgi stendlərini rahat şəkildə ziyarət edə biləcəklər. Uşaqlar üçün əyləncə zonası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək və burada “Bagcam.az” şəbəkəsinin peşəkar müəllim və tərbiyəçiləri uşaqları maarifləndirici oyunlara, habelə faydalı və əyləncəli tədbirlərə cəlb edəcəklər.
Siz tədbiri dəvətnamə və ya tədbirin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz tədbirə dair bütün materialları "FAST TRACK"masasından alacaqsınız və bununla da tədbirdə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.
Ziyarətçinin döş nişanı bu imkanları verir:
» Dəvətnaməni əldə edin

- Sənaye yenilikləri ilə tanış olmaq
- Bazarın tələbatını öyrənmək və yeni ideyalar əldə etmək
- Yeni əlaqələr qurmaq
- Mövcud müştəriləriniz ilə qarşılıqlı münasibətləri möhkəmləndirmək
- Canlı dialoq aparmaqla digər informasiya mənbələrində heç də həmişə mövcud olmayan məlumatlar əldə etmək
- Qısa vaxt ərzində geniş çeşidli məhsullar ilə tanış olmaq
- Yeni məhsullar/texnologiyalar üzrə təchizatçılar seçmək və onları qiymətləndirmək
- Bir məhsulu digəri ilə müqayisə etmək
- İş birliyi qurmaq
- Tanınmış istehsalçıların agent/distribütorlarına çevrilmək
- Texniki biliklər almaq
- Texniki heyət ilə görüşmək və problemlərin, yaxud yenidən təchizat məsələlərinin həlli yolunun tapılması ətrafında müzakirələr aparmaq
- Obyektiv və işgüzar mühitdə biznes məsələlərini müzakirə etmək
- Qiymət ilə keyfiyyət arasında birbaşa asılılığı təyin etmək
- Məlumatlar bazasını tərtib etmək və onu yeniləmək
- Əməkdaşlıq, birlik və birgə müəssisələrin təməlini qoymaq
- Müasir inovasiyalar və yeni texnologiyalar səviyyəsində olmaq
- Sərmayə və tərəfdaşların axtarışı üçün tələb olunan müxtəlif sorğu xidmətlərindən yararlana bilmək imkanı.
Yalnız sərgilər Sizə ən qısa zaman kəsiyində, vaxt sərf etmədən bir çox səriştəli mütəxəssislər ilə ünsiyyət qurmaq imkanını təqdim edir və onlar ilə görüşmək üçün səfərlərə xərclənəcək külli miqdarda maddi vəsaitə qənaət etmənizə şərait yaradır.
Tədbirin iş saatları | ↑ |
16 may, Çərşənbə | 11:00 - 18:00 | |
17 may, Cümə axşamı | 10:00 - 18:00 | |
18 may, Cümə | 10:00 - 18:00 |
Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin tədbirə girişi tədbirin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.
Keçirildiyi yer | ↑ |
"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515
Sərgiyə necə gəlmək olar:
"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.
Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:
- "Koroğlu" metro stansiyasından - N 136, 160, 171
Ziyarət qaydaları | ↑ |
Sizi tədbiri ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!
- 16-18 may tarixlərində sərgiyə yalnız bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər.
- Sərginin mövzusuna aid fakültələrin tələbələri sərgini 16-18 may tarixlərində, girişdə tələbə biletini təqdim etməklə, ziyarət edə bilərlər. Digər fakültələrin tələbələri sərgiyə buraxılmayacaqlar.
- Yaşı 16-dan az olan şəxslər sərgiyə buraxılmayacaqlar.
Bu il təşkilatçılar “Bagcam.az” uşaq bağçaları şəbəkəsi ilə əməkdaşlığa başlamışlar. Bu şəbəkə sərgidə uşaqlar üçün əyləncə zonası yaradacaq və valideynlər öz uşaqlarını bu təhlükəsiz zonaya ötürdükdən sonra sərgi stendlərini rahat şəkildə ziyarət edə biləcəklər. Uşaqlar üçün əyləncə zonası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək və burada “Bagcam.az” şəbəkəsinin peşəkar müəllim və tərbiyəçiləri uşaqları maarifləndirici oyunlara, habelə faydalı və əyləncəli tədbirlərə cəlb edəcəklər.
Siz tədbiri dəvətnamə və ya tədbirin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz tədbirə dair bütün materialları "FAST TRACK"masasından alacaqsınız və bununla da tədbirdə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.
Ziyarətçinin döş nişanı bu imkanları verir:
- Tədbirin bütün iş günlərində tədbiri pulsuz ziyarət etmək;
- Qeydiyyatdan keçmək üçün növbəyə durmadan tədbirə daxil olmaq;
- Tədbir ilə bağlı məlumatlar paketini əldə etmək;
- Tədbirin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).
» Dəvətnaməni əldə edin