Şənbə, 4 Aprel, 2026

12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi


  • Dərc edildi: 28 Mart, 2018 - 22:34
12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi

5-7 aprel tarixində Bakı Ekspo Mərkəzində 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Super-marketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018” sərgisi keçiriləcək. Qonaqpərvərlik sahəsində Cənubi Qafqaz və Xəzəryanı regionun yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi, o cümlədən bazarın rəqabət qabiliyyətinin təhlili və möhkəm işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradır. Sərgini hər il bir çox bu sahənin peşəkarları, istehsalçı şirkətlər, eləcə də tədarükçülər ziyarət edir. Bu il sərgidə qəhvə, qəhvə maşınları, trüfel (göbələk növü) və trüfel məhsulları, yuyucu vasitələr, peşəkar təmizlik avadanlıqları və paslanmayan poladdan hazırlanmış məhsulları və qab-qacaqları və otel, restoran və kafe “HoReCa” sektoru üçün havatəmizləyici filtrlər təqdim edən Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin şirkətləri iştirak edəcəklər. Sərginin işgüzar proqramı çərçivəsində tədbir iştirakçıları ilə yerli şirkətlər arasında ikitərəfli görüşlər, “Azerbaijan Coffee Days” (“Azərbaycanda qəhvə günləri”) mövzusunda seminar və ilk dəfə olaraq, barista çempionatı keçiriləcək. Bu yarışmada qəhvə növlərini (və ya qəhvə əsaslı içkiləri) düzgün yanaşma əsasında hazırlamağı bacaran peşəkarlar (“Latte Art” üsullarından istifadə etməklə) öz məharətlərini nümayiş etdirəcəklər. Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qısmində isə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.
Beləliklə, “HOREX Caucasus” sərgisi Azərbaycanda intensiv inkişaf edən otel biznesinin tələbatlarını əks etdirməklə yanaşı, Azərbaycanın otel və restoran sənayesinin peşəkarları üçün ideal işgüzar platformaya çevriləcəkdir.
Sərginin iş saatları
 
5 aprel, Cümə axşamı 11:00 - 18:00
6 aprel, Cümə 10:00 - 18:00
7 aprel, Şənbə 10:00 - 18:00
  Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilər
in sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.
Keçirildiyi yer
"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi Ünvan: AZ1050, Azərbaycan, Bakı, Suraxanı rayonu, Heydər Əliyev pr., 515 Sərgiyə necə gəlmək olar: "Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir. Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:
  • "Koroğlu" metro stansiyasından - N 136, 160, 171
   
Ziyarət qaydaları
Sizi sərgini ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!
  • 5-7 aprel tarixində sərgiyə giriş yalnız sənaye mütəxəssisləri və əlaqədar sahələrdə çalışan şəxslər üçün açıq olacaq.
  • Tələbələr, iş yeri və ya məşğulluğu olmayanlar və yaşı 16-dan aşağı olan uşaqlar (valideynlərin müşayiəti ilə) sərgini yalnız 7 aprel tarixində ziyarət edə bilərlər.
Siz sərgini dəvətnamə və ya sərginin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz sərgiyə dair bütün materialları "FAST TRACK" masasından alacaqsınız və bununla da sərgidə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız. Ziyarətçinin döş nişanı bu imkanları verir:
  • Sərginin bütün iş günlərində sərgini pulsuz ziyarət etmək;
  • Qeydiyyatdan keçmək üçün növbəyə durmadan sərgiyə daxil olmaq;
  • Sərgi ilə bağlı məlumatlar paketini əldə etmək;
  • Sərginin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).
» Dəvətnaməni əldə edin

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 260
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 428
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 92
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 89
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1134
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 583
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 322
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 581
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 181
VI Azərbaycan Astron...