Çərşənbə axşamı, 24 İyun, 2025

Hərbi sahədə Türkiyədə təqaüdlü ali təhsil almaq üçün qeydiyyat başlayıb


  • Dərc edildi: 30 İyul, 2024 - 04:14
Hərbi sahədə Türkiyədə təqaüdlü ali təhsil almaq üçün qeydiyyat başlayıb

Hərbi sahədə Türkiyədə ali təhsil almaq istəyənlərin NƏZƏRİNƏ.

Milli Müdafiə Universiteti 2024/2025-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə Türkiyə Respublikasının ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir.

EduOnline.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, tələblərə cavab verən namizədlər avqustun 2-dək xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması (mmu.edu.az/qeydiyyat) üzərindən müraciət edə bilərlər.

Tələblər:

Dövlət İmtahan Mərkəzi tərəfindən I, II, III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 450 bal və daha yüksək nəticə əldə etmiş, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olması.

Hərbi ixtisaslarla yanaşı verilən müvafiq ali peşə-ixtisasları :

- Aerokosmik mühəndislik;
- Kompüter mühəndisliyi;
- Elektrik və elektronika mühəndisliyi;
- Mexanika mühəndisliyi;
- Radiotexnika və telekommunikasiya mühəndisliyi;
- Sənaye mühəndisliyi;
- İnşaat mühəndisliyi;
- Gəmi inşaatı və gəmi mexanikası mühəndisliyi;
- Müdafiə fəaliyyətləri (menecment);
- Beynəlxalq münasibətlər;
- Tarix.

İmtiyazlar:

- 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə;
- 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd;
- 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;
- 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş;
- təhsil müddətində təhsilalanların bütün təminat növləri ilə təmin olunması (yataqxana, qidalanma, xüsusi geyim forması və s.);
- ildə bir dəfə Azərbaycana gediş-gəliş xərclərinin təmin olunması.

Qeydiyyat üçün xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat formasını (mmu.edu.az/qeydiyyat) dəqiq doldurmağınız xahiş olunur.

Namizədlər müvafiq sənədlərini təqdim etməsi və ətraflı məlumat əldə etməsi üçün 3 avqust 2024-cü il tarixdə saat 15:00-da Heydər Əliyev adına Hərbi İnstitutda keçiriləcək tədbirə dəvət olunurlar. Namizədlərdən qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsinin nəticələrini təsdiq edən sənədlər, 3x4 formatında 4 ədəd fotoşəkil və şəxsiyyət vəsiqələri ilə birlikdə (arzu etdikləri təqdirdə valideynləri ilə birlikdə iştirak edə bilərlər) yaxınlaşmaları xahiş olunur. Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 9a.

Ətraflı məlumat üçün Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (www.msu.edu.tr) və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin (Kara Harp Okulu (kho.msu.edu.tr), Hava Harp Okulu (hho.msu.edu.tr) və Deniz Harp Okulu (dho.msu.edu.tr)) rəsmi saytlarına keçid edə və ya *0811 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
⚠️⚠️
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz :
WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
WhatsApp Qrupumuz: https://chat.whatsapp.com/IWlB4C1IaneFi0Wnk6R3zC 
Teleqram kanalımız: https://t.me/EduOnlineAz
Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

Ödənişsiz və Təqaüdlü 10 müxtəlif Peşə Hazırlığı kursuna Qeydiyyat!
10 İyun, 2025 - 21:00 328
Ödənişsiz və Təqaüdl...
Mükafat fondu 30.000 AZN olan bütün regionlar üzrə inkubasiya proqramına qeydiyyat!
08 May, 2025 - 17:02 247
Mükafat fondu 30.000...
"Gənc Tədqiqatçılar 2" proqramına QEYDİYYAT!
02 May, 2025 - 16:52 330
"Gənc Tədqiqatçılar ...
TAM FƏRQLI TRABZON-RIZƏ-BATUMI TURU
02 May, 2025 - 11:52 214
TAM FƏRQLI TRABZON-R...
İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub
29 Aprel, 2025 - 19:40 204
İİTKM-də “GIS-Tech M...
Müxtəlif şirkətlərdə müxtəlif vəzifələr, peşələr üzrə bütün Təcrübə Proqramları Bazası!
28 Aprel, 2025 - 13:54 753
Müxtəlif şirkətlərdə...