19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

4-6 aprel 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq.

Bu unikal tədbir turizm üzrə xidmət və təkliflərin geniş spektrini təklif edən turizm bazarının aparıcı iştirakçılarını növbəti dəfə bir araya gətirəcək və aşağıdakı istiqamətləri əhatə edəcəkdir:

  • Gediş turizmi (Outbound tourism)

  • Yerli turizm (Domestic tourism)

  • Gəliş turizmi (Inbound tourism)


Sərgi Ümumdünya Turizm Təşkilatı (ÜTT), eləcə də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Əvvəlki illərdə olduğu kimi, sərgidə təhsil turizmi, idman turizmi, turizm sektorunda informasiya texnologiyaları, ovçuluq və balıqçılıq, kruizlər və “MICE”-turizm kimi bir sıra digər sektorlar işıqlandırılacaq. “AITF 2023” sərgisinin ənənəvi xüsusi sektoru olan “Tibbi və Sağlamlıq Turizmi” sektoru da sərgidə bir çox dünya ölkəsinin həm sanatoriya, həm də sağlamlıq və spa mərkəzləri tərəfindən geniş şəkildə təqdim olunacaq.

Sərgi proqramı biznesin inkişafı, potensial tərəfdaşların cəlb edilməsi və əməkdaşlıq üfüqlərinin genişləndirilməsi üçün platforma olan tədbirlərlə zəngindir.

Belə ki, sərgi çərçivəsində artıq ənənə halını almış və həm mövcud işgüzar əlaqələri gücləndirmək, həm də yeni əlaqələr qurmaq üçün imkan yaradan “B2B” formatlı görüşlər keçiriləcək.

“AITF” sərgisi turizm sahəsində regionun nəhəng tədbiri olmaqla yanaşı, həm də mədəniyyət, yeni təəssüratlar, eləcə də yeni imkan və dostluqlar bayramıdır. Hər il sənaye peşəkarları yeni əlaqələr qurmaqla yanaşı, satış coğrafiyasını da xeyli genişləndirmək, habelə ən son sənaye yenilikləri və təmayüllər barədə məlumat almaq, eləcə də yeni tərəfdaşlar və müştərilər tapmaq üçün səbirsizliklə bu tədbiri gözləyirlər.

Proqram:





1-ci gün
4 aprel, Çərşənbə axşamı












10:00 - 11:00



Sərginin rəsmi açılış mərasimi
(Bakı Ekspo Mərkəzi, foye)














11:00 - 18:00



Sərginin iş saatları














11:00 - 18:00



Səyahət fotoqrafı Aydın Sadıxovun foto sərgisi
(Bakı Ekspo Mərkəzi, foye)














11:00 - 12:30



Səyahət bloger-ləri ilə tədbir
Bloger Assosiyası və Caspian Event Organisers şirkətinin birgə təşkilatçılı ilə
(Bakı Ekspo Mərkəzi, foye)



 





2-ci gün
5 aprel, Çərşənbə












10:00 - 18:00



Sərginin iş saatları














10:00 - 14:00



İkitərəfli Biznes Görüşləri
*yalnız sərgi iştirakçıları və dəvət olunmuş şirkətlər üçün
(Bakı Ekspo Mərkəzi, 2-ci mərtəbə, 22-ci otaq)














10:00 - 18:00



Səyahət fotoqrafı Aydın Sadıxovun foto sərgisi
(Bakı Ekspo Mərkəzi, foye)


 





3-cü gün
6 aprel, Cümə axşamı












10:00 - 16:00



Sərginin iş saatları














10:00 - 16:00



Səyahət fotoqrafı Aydın Sadıxovun foto sərgisi
(Bakı Ekspo Mərkəzi, foye)














11:00 - 12:30



Talent space: Turizm sahəsinin mütəxəssisi ol
Azərbaycan Turizm və Menecment Universiteti və Caspian Event Organisers şirkətinin birgə təşkilatçılığı ilə
(Bakı Ekspo Mərkəzi, təqdimat zonası)

 






Sizi tədbirdə gözləyirik!

Sizi sərginin ziyarətçiləri arasında görməkdən məmnun olarıq!
* Yaşı 18-dən yuxarı olan ziyarətçilər üçün sərgiyə giriş yalnız COVID-pasportu təqdim edildikdə mümkündür (tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənəd təqdim edildikdə).

Xahiş edirik sizə uyğun olan müvafiq kateqoriyanı seçəsiniz.













Paylaş