2-ci dəfə "Samuray menyusu" filminin nümayişi

Əziz izləyicilərimiz, sizlər üçün 2-ci dəfə "Samuray menyusu" filmini nümayiş etdirmək qərarına gəldik. Maraqlanan şəxslər aşağıda qeyd olunmuş seanslar üzrə qeydiyyatdan keçə bilərlər. Nəzərinizə çatdırmaq istərdik ki, bir seans üçün maksimum 14 nəfər iştirak edə bilər.
Filmin treylerini bu linkdən izləyə bilərsiniz:
https://jfdb.jp/en/title/4003

1-ci seans: 12:00- 14:00(Filmin dili: yapon dili; Alt yazı: ingilis dilində) Otağa buraxılış saat 11:30-dan başlanacaqdır.

2-ci seans: 15:00- 17:00 (Filmin dili: yapon dili; Alt yazı: rus dilində)Otağa buraxılış saat 14:30-dan başlanacaqdır.

※Məkan:Yaponiya Səfirliyinin 5-ci mərtəbəsində yerləşən Mədəniyyət və Məlumat şöbəsi. Nəzərinizə çatdırmaq istərdik ki, film kinoteatr deyil, iclas otağında nümayiş olacaqdır. Gözləntilərinizdə bunu nəzərə almağınızı xahiş edirik.

※Giriş pulsuzdur.

※İştirak etmək istəyənlərdən [email protected] email adresinə ➀ Ad, familiya ➁Təvəllüd ➂ Mənsubiyyət(universitetin və ya iş yerinin adı)④ Hansı seansda (rus dili və ya ingilis dili alt yazılı) iştirak etmək istədiklərini göndərməkləri xahiş olunur. Səfirlikdə ilk dəfə olacaq şəxslərdən şəxsiyyət vəsiqələrini təqdim etməkləri xahiş oluna bilər.

※ Tədbir zamanı çəkilən şəkillər səfirliyimizin Facebook səhifəsi vəya digər yerlərdə yayımlana bilər deyə, bundan xəbərdar olmağınızı istərdik.

※ Bu kinonun DVD-ni bəzi dövlət qurumlarına(təhsil müəssisələri, yerli icra hakimiyyəti orqanlarının mədəniyyət zalları, qeyri-kommersiya təşkilatları və s.)nümayiş üçün istifadəyə verilə bilər. Əgər nümayiş etdirmək istəyi olarsa, yuxarıdakı adreslə əlaqə saxlaya bilərsiniz.

Hekayə
Funaki Dennei Edo dövründə aristokratiya üçün yeməklər hazırlayan “mətbəx samurayı” kimi Kaqa ailəsinin mətbəx ənənələrinin əsasını qoymuşdur.
Bu ürəklərə toxunan drama janrında olan film əsasən Funakinin oğlu ilə ailə quran xanım başda olmaqla Kaqa ailəsinin daxili işlərini təsvir edir. Filmdə Funaki ailəsinin "Ryori Muqonşyo" reseptlər kolleksiyasına əsasən hazırlanan yeməklər öz əksini tapır və həmin dövrün samurai ailə mətbəx sirrləri yenidən nümayiş olunur.
Köməkçi Haru (Ueto Aya) bacarıqlı, lakin tərs xasiyyətli aşpazdır və bununla 1 ildən sonra yoldaşından boşanır. Buna baxmayaraq, Kaqa ailəsinin “mətbəx samurayı” Dennai ondan öz oğlu ilə ailə qurmasını və Yasunobunun (Kora Kenqo) varisi olmasını xahiş edir və bununla öz kulinar bacarıqlarındakı çatışmamazlıqlara əlac qılmaq istəyir.
http://www.bushikon.jp/  (yalnız yapon dilində)

Filmin buraxılış tarixi: 14 dekabr, 2013-cü il
Müddət: 121 dəqiqə
Janr: Drama, tarixi, bədii film
Film Festivallarında nümayişlər, Mükafatlar:
2014 Berlin Beynəlxalq Film Festivalı, Kulinariya Fimləri Bölməsi

Story
Funaki Dennai laid the foundations for Kaga clan cuisine in the Edo Period as a "kitchen samurai" who prepared food for the nobility. This heartwarming drama depicts the internal affairs of the Kaga clan from the perspective of a woman who marries Funaki's son. It features meals made according to the Funaki family's recipe collection "Ryori Mugonsho" and recreates the workings of samurai family kitchens at the time.
Maid Haru (Ueto Aya) is a talented cook but stubborn, which leads her to divorce her husband after a year. However, she is asked by Kaga clan "kitchen samurai" Dennai (Nishida Toshiyuki) to marry his son and heir Yasunobu (Kora Kengo), and works to remedy his lack of culinary skills.
http://www.bushikon.jp/  (Only Japanese)
Release Date: December, 14th, 2013
Screen Time: 121 min
Genre: Drama, Historical, Feature
Film Festival, Award:
2014 Berlin International Film Festival, Culinary Cinema Section
Paylaş