Bazar, 29 Mart, 2026

2-ci “Karyera sərgisi” keçiriləcək


  • Dərc edildi: 2 Mart, 2019 - 10:19
2-ci “Karyera sərgisi” keçiriləcək

“ASAN Könüllülük” Məktəbinin “ASAN kadr” karyera mərkəzi, Bakı Ali Neft Məktəbi və “Coca-Cola” şirkətinin birgə əməkdaşlığı ilə 2-ci “Karyera sərgisi” keçiriləcək. Gənclərin məşğulluğunun artırılmasına yönəlmiş karyera sərgisi bütün vətəndaşlar üçün açıq elan edilir. Sərgidə vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif ediləcək, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılacaq. Sərgi 12 mart 2019-cu il tarixində Bakı

Ali Neft Məktəbinin yeni kampusunda saat 10:00-13:00-a kimi davam edəcək. Sərgidə müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri iştirak edəcəklər. Sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək göstərmək və müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır. 2018-ci ildə keçirilən 1-ci “Karyera sərgisi”ndə 1500-dən çox iştirakçı və 53 müəssisə təmsil olunub.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 211
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 378
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 67
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 66
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1081
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 547
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 304
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 552
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 165
VI Azərbaycan Astron...