YUNESKO-nun Çin Xalq Respublikası ilə birgə 2019-2020-ci tədris ili üçün
“Böyük Çin Səddi” təqaüd proqramı
YUNESKO Çin Xalq Respublikası ilə birgə 2019-2020-ci tədris ili üçün “Böyük Çin
Səddi” təqaüd proqramını elan edir:
Təhsil səviyyəsi: magistratura, doktorantura və ya ixtisasartırma (elmi tədqiqat)
Tədris dili: çin və ingilis dili
Kvota sayı: 2
Təqaüd müddəti: 1 il - namizədlər təhsillərinin növbəti illərini digər təqaüd
imkanları və ya şəxsi vəsait hesabına davam etdirməlidir.
Son müraciət tarixi: 01.03.2019
Ətraflı: http://www.campuschina.org/content/details3_74777.html
https://bit.ly/1VNI2Ql
Qarşılanan xərclər
ÇXR tərəfindən təhsil haqqı, yataqxana və aylıq təqaüd (ixtisasartırma və magistratura üçün
3000 yuan, doktorantura üçün 3500 yuan) və tibbi sığorta;
YUNESKO tərəfindən isə yol xərci, əlavə aylıq təqaüd (80 $) qarşılanır.
1
İlkin seçim üçün əsas meyarlar
Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə
mərhələsində iştirak hüququ əldə edəcəklər:
İddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa
uyğun olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12
yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının
(proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci
il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə
ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur);
İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmalıdır;
Magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki
sahələr üzrə ən azı 400, digər sahələr üzrə ən azı 500 bal toplamalıdırlar;
Dövlət İmtahan Mərkəzi (DİM) (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən iddiaçıların
akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq
olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün
olan ən yüksək göstəricinin 75%-indən az olmamalıdır;
DİM imtahanlarında iştirak etməyən əvvəlki illərin məzunu olan iddiaçıların öncəki bənddə
tələb olunan göstərici ilə yanaşı, attestat üzrə cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballıq
sistem üzrə 4 baldan, 100 ballıq sistem üzrə isə 71 baldan aşağı olmamalıdır. DİM
imtahanlarında iştirak etmiş orta ixtisas diplomu olan şəxslərə də bu qayda aid edilir;
İxtisasartırma, magistratura və ya doktoranturaya müraciət edən iddiaçıların əvvəlki təhsil
səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı
eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 71 baldan
aşağı olmamalıdır;
İngilis dilində tədris olunan proqramlara müraciət edən namizədlərin seçilmiş proqrama
uyğun dil biliyi səviyyəsi sertifikatı (ixtisasartırma üçün IELTS sertifikat balı minimum 6.0 (hər
bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla), magistratura və doktorantura səviyyələri üzrə
6.5 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla)) və ya digər sertifikatların bu göstəriciyə
ekvivalentini təşkil etməlidir;
2
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”
çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən, 5 il ərzində
ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcəkdir;
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (...dövlət оrta
iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq
təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil
müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu
ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.
Qeyd: Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir
ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Bu qayda yalnız müvafiq təqaüd
proqramının müsahibə mərhələsinə buraxılmış şəxslərə şamil edilir.
Tələb olunan sənədlər:
ÇXR tərəfinin nümunəyə uyğun olaraq, təsdiqlənmiş elektron ərizəsi;
Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5x4,5 sm. ölçüdə)
əlavə edilməlidir;
Xarici dil sertifikatı (IELTS, TOEFL, HSK və s.) və səlahiyyətli orqan tərəfindən təsdiqlənmiş
müvafiq ərizə forması;
Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul
olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə
akademik göstəricilər (ingilis və ya çin dillərində);
Ali təhsil haqqında sənədin (bakalavriat və magistratura səviyyəsindən məzun olanlar üçün)
və diploma əlavənin ingilis və ya çin dillərində notariat qaydada tərcümə və təsdiq edilmiş
surəti;
İxtisasartırma və magistratura üçün müraciət edən namizədlərin təhsil alacağı ixtisasla bağlı
məqsəd və gözləntiləri barədə qısa xülasə (“Microsoft Word” formatında, minimum 500 söz,
ingilis və ya çin dillərində) ;
Doktorantura proqramı üçün müraciət edən namizədlər tədqiqat işinə dair xülasə
(“Microsoft Word” formatında, minimum 800 söz, ingilis və ya çin dillərində) ;
3
Tövsiyə məktubları – 2 ədəd (ingilis və ya çin dillərində);
Ümumvətəndaş pasportunun surəti;
Sağlamlıq haqqında arayış;
CV;
İncəsənət sahəsi üzrə müraciət edənlər öz əl işləri və digər nəaliyyətlərinin əlavə olunduğu
materialları CD şəklində təqdim edə bilərlər.
Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu
halda);
Qeyd; Eyni təhsil səviyyəsi üzrə ikinci dəfə təhsil almaq istəyən namizədlər hərbi xidmətə
çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notariat qaydada təsdiq
olunmuş surətini təqdim etməlidirlər.
Qeyd. Çin hökumətinin təqaüd proqramının şərtlərinə əsasən, bakalavriat və magistratura
səviyyəsi üçün müraciət edən namizədlərin yaş həddi 40-dan aşağı, doktorantura üçün isə 50-
dan aşağı olmalıdır.
Müraciət forması:
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları,
1. www.campuschina.org/alumni/reg.html ərizə formasını doldurub təsdiq etməlidir;
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemini* tamamlayıb təsdiq
etməlidir: https://www.app.htp.edu.az/ -01.03.2019-cu il tarixinədək.
* 2019/20-ci tədris ili üzrə YUNESKO-nun Çin Xalq Respublikası ilə birgə həyata keçirdiyi “Böyük Çin
Səddi” təqaüd proqramına layiq görüləcək şəxslər sırasından yalnız Təhsil Nazirliyinin elektron ərizə
sistemini tamamlamış şəxslərin adları Hökümətlərarası Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil
almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşlarının siyahısına daxil ediləcəkdir. Bunu
nəzərə alaraq, qarşı tərəfə edilmiş müraciətlərlə yanaşı, Azərbaycan Respublikasım Təhsil
Nazirliyinin elektron ərizə sistemi üzrə də müraciətlərin təsdiqlənməsi xahiş olunur.
4
Ümumi qaydalar:
Təqaüd proqramına müraciət edəcək iddiaçılar rəqabətlilik sayına və akademik
göstəricilərə uyğun olaraq fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar;
Müsahibəyə dəvət olunacaq şəxslər tələb olunan sənədləri, Azərbaycan və Çin tərəfinin
təsdiqlənmiş elektron ərizəsinin surətini Təhsil Nazirliyinə təqdim etməlidir;
Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi ilə
bildiriləcəkdir;
Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur;
Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin siyahısı kvota sayına uyğun
olaraq baxılması üçün YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının
Daimi Katibliyinə təqdim ediləcəkdir.
Təhsil Nazirliyi ilə əlaqə
Təqaüd proqramı ilə bağlı suallarınızı Təhsil Nazirliyinin və ya YUNESKO-nun məsul şəxslərinə
([email protected], [email protected]) ünvanlaya bilərsiniz.
İş günləri ərzində təqaüd proqramı ilə bağlı yalnız 14:00-16:00 aralığında əlaqə saxlamağınız xahiş
olunur.
Digər məlumatlar