Şənbə, 25 Aprel, 2026

İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub


  • Dərc edildi: 29 Aprel, 2025 - 19:40
İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub

İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub

 

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi üzrə ixtisaslaşmış “Caucasus Geo Survey” şirkəti ilə birlikdə “GIS-Tech Marathon 2025” uğurla başa çatması qeyd olunub. Tədbir zamanı marafonu uğurla yekunlaşdıran gənc mütəxəssislər mükafatlandırılıb, onlara qalib kimi təqdim olunan imkanlar açıqlanıb. 

Açılış zamanı “Caucasus Geo Survey” şirkətinin direktoru Rauf Əmənov marafonun qaliblərini təbrik edib. O bildirib ki, 40 gün ərzində baş tutan marafon gənc mütəxəssisləri məkan məlumat sistemləri texnologiyalarının əsasları və real sektor tətbiqləri ilə tanış edib. O əlavə edib ki, marafon çərçivəsində iştirakçılar dünyanın aparıcı mütəxəssislərindən təlimlər alıb, nəzəri və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov isə bildirib ki, müasir dövrdə GİS texnologiyası ekoloji monitorinq, nəqliyyat idarəçiliyi və fövqəladə halların idarə olunmasında əvəzsiz rol oynayır. Onun sözlərinə görə GİS təbii resursların idarə olunmasından şəhər planlaşdırılmasına qədər bir çox sahədə daha dəqiq qərarlar qəbul etməyə kömək edir. Azərbaycanın da GİS sahəsində inkişaf sürətlənir və bu texnologiyadan müxtəlif dövlət layihələrində və özəl təşəbbüslərdə geniş istifadə trendləri müşahidə edilir. Xüsusi ilə də, işğaldan azad olunmuş ərazilərimizdə aparılan modern əsaslı yenidənqurma işlərində bu texnlogiyalardan istifadə imkanları genişdir. GİS sisteminin inkişafı, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyalarının həyata keçirilməsində və dayanıqlı idarəetmə modelinin formalaşdırılmasında mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, “GIS-Tech Marathon 2025” dünyanın nüfuzlu Ətraf Mühit Sistemləri Tədqiqat İnstitutu (ESRİ) ilə birlikdə həyata keçirilib. Mükafatlandırmada iştirak edən GIS sahəsinin beynəlxalq mütəxəssisi, eyni zamanda ESRİ-nin nümayəndəsi Ahmed El Awady mövzusunda master-klas təqdim edib. 

Sonda qalib olan 30 iştirakçı məzun kimi müksafatlandırılıb. Layihənin tərəfdaşları “ESRI”, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azercosmos, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Made in Azerbaijan (MinA) platformasıdır. Layihənin media dəstəyini Media dəstəyini isə edumap.az təmin edib.

Ən Son Məqalələr

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 14
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 79
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 77
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 64
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 327
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 517
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 141
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 143
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1226
SOCAR-ın Sumqayıt və...