Çərşənbə axşamı, 7 Aprel, 2026

Sumqayıt şəhərinə qastroturizm infoturu təşkil edilib


  • Dərc edildi: 31 Yanvar, 2025 - 11:37
Sumqayıt şəhərinə qastroturizm infoturu təşkil edilib

Sumqayıt şəhərində yerləşən və milli mətbəximizin zənginliklərini yaşadan “Turan” Qastroturizm Akademiyasına infotur təşkil edilib.

Turizm şirkətlərinin, hotellərin və media nümayəndələrinin iştirak etdiyi tədbir “Turan” restoranlar şəbəkəsinin, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və “PFM catering” şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev əvvəlcə Sumqayıt şəhərinə və şəhər bulvarına təşkil edilən gəzinti zamanı Sumqayıt şəhərinin tarixi, burada son illər aparılan tikinti-quruculuq işləri, şəhərin yaxın illərdə dünyanın tanınmış turizm mərkəzlərindən birinə çevrilmək imkanları barədə məlumat verib.


“Turan” Qastroturizm Akademiyası MMC-nin icraçı direktoru Doğan Tomris Azərbaycanda xüsusilə restoran və hotel sektorunda xidmətin keyfiyyətində ciddi problemlərin olduğunu və bunun da ölkəyə gələn turistlərdə narazılıq yaratdığını deyib. O, qeyd edilən sahədə mövcud problemləri həll etmək üçün turizmin müxtəlif istiqamətləri üzrə xidmət personalının hazırlanması üçün belə bir peşə təhsili kurslarına böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Doğan Tomris “Turan” Qastroturizm Akademiyasında 11 ixtisas üzrə mütəxəssislərin hazırlandığını, bunun üçün Türk Əməkdaşlıq və Kordinasiya Agentliyi Başqanlığının (TİKA) dəstəyi ilə Türkiyənin Səlcuk, 18 Mart universitetləri ilə əməkdaşlıq edildiyini bildirib. İcraçı direktorun sözlərinə görə, adıçəkilən universitetlərdən təlimçilər dəvət edilir, eyni zamanda gələcəkdə akademiyada kurs keçən iştirakçılar Türkiyədə təlimlərdə iştirak edəcək.
Doğan Tomris onu da diqqətə çatdırıb ki, “Turan” Qastroturizm Akademiyasına tələbələr üç istiqamətdən cəlb olunur: Dövlət Məşğulluq Agentliyi və Dövlət Peşə Agentliyi ilə əməkdaşlıq çərçivəsində, turizm şirkətləri, hotel və restoranlardan gələn sifarişlər əsasında və nəhayət, sərbəst kanallar vasitəsilə müraciət edənlər: “Biz öz məzunlarımızın işlə təmin olunmasını da təmin edəcəyik. Bunun üçün əvvəlcədən müxtəlif təşkilatlarda olan vakansiyaları müəyyənləşdiririk”.

"Smart" hotellər qrupunun rəhbəri Ceyhun Aşurov bildirib ki, Azərbaycanın regionlarını gəzdikcə xalqımızın mətbəx mədəniyyətinin nə qədər zəngin olduğunun şahidi oluruq. Hər bölgənin özünəməxsus yeməkləri, şirniyyatları var və bunları turistlərə təqdim etməklə çox geniş müştəri kontingenti toplamaq mümkündür. Ceyhun Aşurov bu sahədə Türkiyə təcrübəsindən yararlanmağın faydalı olacağını da diqqətə çatdırıb.

Daha sonra “Turan” Qastroturizm Akademiyasına kiçik bir ekskursiya təşkil edilib. Burada iştirakçılar mətbəx master klaslarını, ustad dərslərini, həmçinin komanda işini (düşbərə, qutab, salat, şərbət və digər təamların komandalara bölünərək hazırlanması, qiymətləndirmə) müşahidə ediblər.
“Turan” restoranlar şəbəkəsinin banket zalında davam edən tədbirdə “Turan” Qastroturizm Akademiyasının yaranmasında iştirak edən qurumların nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.


Qeyd edək ki, “Turan” restoranlar şəbəkəsi Sumqayıt bulvarında yerləşir. Geniş bir sahəni əhatə edən restoran həm də əyləncə məkanı kimi tanınır. Əsasən ailəvi tədbirlərin təşkili üçün nəzərdə tutulan məkanda böyüklərlə bərabər uşaqların da şənlənə bilməsi üçün bütün imkanlar mövcuddur.

(Mətn: afn.az)

İnfoturdan olan videolara aşağıdakı linklərdən baxa bilərsiniz:

Video 1 LİNK

Video 2 LİNK

(Foto/video: EduOnline.Az)

 

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 8
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 9
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 273
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 445
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 100
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 97
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1146
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 602
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 331
Məktəblilər üçün "FI...