Cümə axşamı, 15 Oktyabr, 2026

“Futzal yarışı başlayır!" adlı layihənin açılış mərasimi keçirilib


  • Dərc edildi: 15 Noyabr, 2024 - 15:14
“Futzal yarışı başlayır!" adlı layihənin açılış mərasimi keçirilib

“Futzal yarışı başlayır!" adlı layihənin açılış mərasimi keçirilib

 

Ucar rayon Qazıqumlaq kənd Heydər Əliyev adına 2 nömrləli tam orta məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində icra edilən “Futzal yarışı başlayır!" adlı layihənin açılış mərasimi keçirilib.

 

Tədbirdə Ucar rayon üzrə təhsil sektorunun nümayəndələri Rəna Cəfərova və Nigar Zakirova, məktəbin direktoru Elburus Baxşəliyev,müəllim kollektivi iştirak ediblər.

Tədbiri açılış nitqi ilə salamlayan layihə rəhbəri Mahmud Mustafayev layihə haqqında geniş məlumat verdi və layihə çərçivəsində görüləcək işlərdən danışmışdır.

Layihənin məqsədi şagirdlər arasında futzal oyunları təşkil etməklə,həm onların fiziki

fəallıqlarının artırılmasına və sağlam həyat tərzi keçirmələrinə,həm asudə vaxtlarının səmərəli

keçirilməsinə,həm də onların köməyilə ölkədə uşaqlar arasında futzal oyununa marağın

artırılmasına nail olmaqdır.Layihənin məqsədinə çatmaq üçün aşağıdakı vəzifələr vardır:

Futzal oyunu haqda geniş təbliğat və 3 günlük təlim-məşq seminarının təşkili;

Şagirdlərdən ibarət futzal komandalarının formalaşması

Futzal qaydalari haqqında Azərbaycan dilində ədəbiyyatın çoxaldılması

Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş şagirdlər arasında futzal yarışının

kecirilməsi

Yerli hakim və oyunçularının bu sahədə biliklərinin artırılması.

 

Daha sonra çıxış edən qonaqlar layihənin əhəmiyyətindən, aktuallığından və şagirdlər üçün vacibliyindən söz açdılar.

Ən Son Məqalələr

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 74
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 238
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 912
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 328
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 509
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 595
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 728
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 672
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 1174
“İbtidai sinif şagir...