Şənbə, 7 Mart, 2026

4 dəfə baş tutacaq 4 günlük "StudentFest 2023" yay düşərgəsi! ÖDƏNİŞSİZ / QEYDİYYAT


  • Dərc edildi: 13 İyul, 2023 - 20:25
4 dəfə baş tutacaq 4 günlük "StudentFest 2023" yay düşərgəsi! ÖDƏNİŞSİZ / QEYDİYYAT

"Bir Könüllü" Tələbə Təşkilatı "StudentFest 2023" yay düşərgəsini təqdim edir! “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasında keçiriləcək 4 fərqli istiqamət üzrə hər biri 4 günü əhatə edən düşərgələr tələbələrin yay tətilini daha dəyərli və məna dolu etmək, eyni zamanda gələcək karyera yollarını aydınlaşdırmaq, ixtisas sahələri üzrə əlavə zəruri bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaq məqsədi daşıyır. Düşərgə istiqamətləri: 1️⃣. (25-28 İyul) Könüllülər düşərgəsi - Təhsilverənlərin sertifikatlaşdırılması və Müəllimlərin İşə Qəbulu müsabiqəsində dəstək göstərmiş tələbələr üçün; 2️⃣. (28-31 İyul) Təhsilin idarə edilməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr düşərgəsi; 3️⃣.

(25-28 Avqust) Dövlət və ictimai münasibətlər, jurnalistika və əlaqəli ixtisaslarda təhsil alan tələbələr düşərgəsi; 4️⃣. (25-28 Avqust) Filmşünaslıq, rejissorluq, fotoqraflıq, rəssamlıq və incəsənətlə əlaqəli ixtisaslarda təhsil alan tələbələr düşərgəsi. Qeyd edək ki, festival çərçivəsində iştirakçılar üçün müxtəlif ⛹‍♂️idman oyunları, master-klaslar, psixoloji testlər, ⛳parkur yarışları və Xəzər dənizinin sahilində musiqi gecələri təşkil ediləcəkdir. Sağlamlıq imkanları məhdud olan tələbələrimizin də iştirakı arzuolunandır. Qeydiyyat linki: https://forms.gle/zJqLwntJ2Kcif91V9 ⚠️ Son müraciət tarixi: 20.07.2023 "StudentFest 2023" sizi səmərəli və əyləncəli bir istirahətə, yeniliklər öyrənməyə, yeni dostluqlar qurmağa dəvət edir!

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 925
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 318
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 248
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 461
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 117
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 345
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 445
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 541
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 674
Qarabağda iş imkanla...