Bazar, 15 Noyabr, 2026

Açıq havada pablik art obyekt


  • Dərc edildi: 8 Sentyabr, 2018 - 05:05
Açıq havada pablik art obyekt

ARTIM Layihə Məkanı İçərişəhər ərazisində quraşdırılacaq pablik art obyekt üçün açıq müsabiqə elan edir.


Təkliflərin sön göndərilmə tarixi: 30 sentyabr, 2018
ARTIM Layihə Məkanı yerli rəssamlara göstərdiyi dəstək proqramı çərçivəsində, yeni açıq müsabiqə elan edir. Müsabiqə İçərişəhərdə, Qüllə küçəsində açıq havada quraşdırılacaq art obyekt üçün aparılır. Art obyekt xüsusi olaraq ARTIM layihəsinin əsas mahiyyətini vurğulamalıdır. Açıq müsabiqədə iştirak üçün peşəkar və həvəskar rəssam, heykəltəraş, memar, dizayner və s. yaradıcı peşə sahiblərinin müraciətləri qəbul olunur. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Hər iştirakçı istənilən sayda təklif göndərə bilər.
Göndərilən art obyekt təkliflər aşağıdaki meyarlara uyğun olmalıdır:
  • ARTIM layihəsinin konseptinə uyğun;
  • Diqqəti cəlb edən;
  • Kreati
    v, qeyri-adi yanaşma təklif edən;
  • İçərişəhərdə yeni turizm obyektinə çevrilə biləcək;
  • Ətraf təsirlərə dözümlü materialdan olmalı.

Təklifləri [email protected] e-mail ünvanına göndərərkən, aşağıdaki məlumatları qeyd etmək mütləqdir:
  • Müəllifin adı, soyadı;
  • Əlaqə telefonu;
  • art obyektin yazılı təsviri (konsept və texniki şərtlər);
  • art obyektin eskizləri.

ARTIM haqqında ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 127
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 181
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 212
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 411
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1150
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 455
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 635
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 751
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 848
Trabzon Sağlamlıq Qr...