3 bankda müxtəlif növ Təcrübə Proqramları!

1) Kapital Bank:

a) KAPİTALımız – könüllü təcrübə proqramı

Çalışqan, iddialı və bank təcrübəsi qazanmağa həvəslisiz?
Ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank potensiallı gənclərə dəstək olmaq məqsədi ilə bütün filiallar üzrə “KAPİTALımız” könülü təcrübə proqramını elan edir!

Kimlər müraciət edə bilər?

3-cü və 4-cü kurslarda təhsil alan gənclər

İqtisadi və texniki sahədə təhsil alan tələbələrə üstünlük veriləcək

Bakı şəhəri üzrə - rus dili biliyinin olması önəmlidir



Necə müraciət etməli?
Müraciət üçün daxil olun!





b) Bankın Telefon mərkəzində Təcrübə Proqramı

Ünsiyyətcil, çalışqan, iddialı və təcrübə qazanmağa həvəslisiz?

Potensiallı gənclərə dəstək olmaq məqsədi ilə Telefon mərkəzində TƏCRÜBƏ PROQRAMI elan edirik!

Kimlər müraciət edə bilər?

Hal-hazırda təhsil alan və gələcək karyerasını bank sektorunda qurmaq istəyən gənclər.

Əla səviyyədə Azərbaycan və Rus, yaxşı səviyyədə İngilis dili biliyi önəmlidir.


Necə müraciət etməli?
Müraciət üçün daxil olun!

========================================

2) AzərTürkBank

Bankımızın marketinq komandasına qoşulub bizimlə birgə təcrübə qazanmaq istəyən təcrübəçi axtarırıq!

Öhdəliklər:

Xidmət şəbəkəsində offline anket sorğularının aparılması;
Telefon vasitəsilə müştəri məmnuniyyətinin öyrənilməsi;
Bankın outdoor reklam fəaliyyətinin mütəmadi nəzarət altında saxlanması;
Xidmət şəbəkəsi daxilində reklam məhsullarından istifadəyə nəzarət.



Tələblər:

Rus dilini yaxşı səviyyədə bilməli;
Full-time iş rejimində çalışmalı;
MS Office (Word, Excel) proqramlarını orta səviyyədə bilməli;
Yaş həddi: 18-25

Müraciət üçün bura daxil olun!

=================================

3) Bank of Baku

Bank of Baku böyük məmnuniyyət hissi ilə 2018-ci il üzrə Təcrübə Proqramını açıq elan edir!

Aşağıda göstərilən istiqamətlər üzrə təhsil alan və ya məzun olmuş və gələcəkdə bu istiqamətlərdən hər hansı biri üzrə karyera qurmaq niyyətində olan şəxslər proqrama müraciət edə bilərlər:

Müştərilərə xidmət və kredit əməliyyatları;

Məlumat mərkəzi və kommunikasiya;

Biznesin inkişafı, partnyorluq və layihələr;

İstehlakçılarla işin təşkili;

Kimlər müraciət edə bilər?

Ali məktəbi bu il bitirən, hal-hazırda magistraturada təhsil alan və ya məzun olmuş şəxslər;

Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyəti bacarığı olanlar (Rus dili arzuolunandır);

MS Office proqramları ilə işləmək bacarığı olanlar;

Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər;

Öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan şəxslər.

Təcrübə proqramının şərtləri

Müddət: 1-3 ay

Təcrübə vaxtı: 5 iş günü, 09.00-18.00

Təcrübə yeri: Baş Ofis və filiallar

Müraciət üçün son tarix: 28/02/2018

Müraciət üçün bura daxil olun!

 



Paylaş