Mükafat fondu 30.000 AZN olan bütün regionlar üzrə inkubasiya proqramına qeydiyyat!

Azərbaycanda İlk dəfə Keçirilən ecomX E-ticarət Proqramının Birinci Mərhələsi Uğurla Başa Çatdı.

(🔴 Qeydiyyat linki aşağıdadır.)


Azərbaycanda ilk dəfə təşkil olunan və 3 ay davam edən ecomX e-ticarət təlim və inkubasiya proqramının ilkin mərhələsi uğurla yekunlaşıb. Proqram çərçivəsində Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərlərindən 180-dən artıq iştirakçı e-ticarət sahəsində ixtisaslaşmış yerli və beynəlxalq təlimçilərdən praktiki bilik və bacarıqlar əldə ediblər.


EduOnline.az-ın məlumatına görə, təlim sessiyalarında iştirakçılara məhsul seçimi, onlayn mağazaların yaradılması və idarə olunması, rəqəmsal marketinq strategiyaları, eləcə də e-ticarət bizneslərinin böyüdülməsi və genişləndirilməsi yolları öyrədilib. Proqram, yalnız bilik ötürmə ilə kifayətlənməyərək, iştirakçılar üçün real biznesə keçid üçün effektiv platforma rolunu oynayıb.


Layihənin əsas məqsədlərindən biri regionlarda yaşayan vətəndaşlara e-ticarət bacarıqları qazandırmaq, rəqəmsal iqtisadiyyata inteqrasiyanı gücləndirmək və yeni iş yerlərinin yaradılmasına töhfə vermək olub.


Proqram çərçivəsində 36 saat onlayn və 4 şəhərdə ümumilikdə 12 canlı təlim keçirilib. Təlimi uğurla tamamlayan iştirakçılara isə Azərbaycanda ilk dəfə blokçeyn texnologiyası ilə qeydə alınmış xüsusi sertifikatlar təqdim edilib.

💡
Növbəti mərhələdə, potensialı yüksək olan ideyalar arasından seçilmiş iştirakçılar ecomX inkubasiya proqramına dəvət olunacaq. Bu mərhələdə 16-20 e-ticarət layihəsinin inkişafına dəstək göstəriləcək. Üç ay davam edəcək inkubasiya dövründə ən uğurlu layihələrin sahibləri arasında 30,000 AZN mükafat fondu bölüşdürüləcək.


Sizi nələr gözləyir?
30 000 AZN mükafat fondu
Minimum işlək məhsul (MVP) hazırlığı
Peşəkar mentor dəstəyi
Ekosistemlə tanışlıq və bazara çıxış dəstəyi

Kimlər iştirak edə bilər?
Bakı ilə yanaşı, ölkənin bütün regionlarından olan və regionlardan olan şəxslər iştirak edə bilər.
Son qeydiyyat tarixi: 10 may 2025


🔴Qeydiyyat linki üçün bura daxil ol!👈🏻🔴  


ecomX proqramı Azərbaycan E-ticarət Birliyinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “SUP.az” və “BONPARA” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.
EcomX, Azərbaycanda e-ticarət sahəsində yeni bir nəsil sahibkarların formalaşmasına və ölkənin rəqəmsal iqtisadiyyatının güclənməsinə xidmət edən mühüm bir platformaya çevrilməkdədir.

 

◾◾◾◾◾◾◾◾
📣⚠️👇🏻👇🏻👇🏻👇🏻⚠️📣
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz 🤗:
🟢WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
🟩WhatsApp Qrupumuz:  https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
🔵 Teleqram kanalımız: https://t.me/EduOnlineAz
🟦 Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
🔘 Facebook kanalımız:
https://www.messenger.com/channel/EduOnline.Az
🔷 Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
🔴 Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

 


Paylaş