Cümə, 4 Sentyabr, 2026

6 dövlət orqanında 165 vakansiyaya qəbul!


  • Dərc edildi: 14 Fevral, 2018 - 19:19
6 dövlət orqanında 165 vakansiyaya qəbul!

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 dövlət orqanında 165 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilmişdir

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (110 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyi (43 vakant vəzifə),, Təhsil Nazirliyi (8 vakant vəzifə), Dövlət Statistika Komitəsi (2 vakant vəzifə), Maliyyə Nazirliyi (1 vakant vəzifə) və Səhiyyə Nazirliyi (1 vakant vəzifə)) mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında və yerli təşkilatlarındadır.

Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları sənədlərini 2018-ci il 4 mart saat 18:00-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.

Ümumi müsahibəyə dair ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Ən Son Məqalələr

Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 37
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 408
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 176
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 362
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 441
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 555
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 536
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 724
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 762
Təcrübə proqramları ...