Çərşənbə, 25 Mart, 2026

Yeni Layihə: İnnovasiya ekosistemi üzvlərinin beynəlxalq sertifikatlaşdırılma proqramına start verilir


  • Dərc edildi: 11 Yanvar, 2025 - 02:17
Yeni Layihə: İnnovasiya ekosistemi üzvlərinin beynəlxalq sertifikatlaşdırılma proqramına start verilir

İnnovativ inkişafınıza təkan verəcək yeni layihə qarşınızdadır!

İştirak etmək ödənişsizdir!

✨ Agentlik ilə Code Academy-nin birgə əməkdaşlığı çərçivəsində innovasiya ekosistemi üzvlərinin beynəlxalq sertifikatlaşdırılma proqramına start verilir. Məqsəd Azərbaycanın innovasiya ekosisteminin və təmsilçilərinin qlobal səviyyədə nüfuzunu artırmağa töhfə verməkdir.

Layihə iştirakçılara nə təklif edir?
Müxtəlif istiqamətlər üzrə nüfuzlu təlimlər
Mentor dəstəyi ilə praktiki bilik və bacarıqların inkişafı
“Global Innovation Institute” (GInI) tərəfindən rəsmi sertifikat

Kimlər müraciət edə bilər?
İnnovasiya sahəsində 1-3 illik təcrübəyə malik şəxslər

✨ Qeyd edək ki, layihə çərçivəsində 50 iştirakçının 11 müxtəlif istiqamət üzrə sertifikatlaşdırılması planlaşdırılıb.

Müraciət üçün son tarix: 22 yanvar, 23:59
Qeydiyyat üçün link.

Beynəlxalq səviyyəli sertifikatınızla fərqlənmək üçün bu fürsəti qaçırmayın!

 

Bu layihə, İRİA-nın dəstəyi ilə Code Academy tərəfindən həyata keçirilir və ölkəmizin innovasiya ekosistemində fəaliyyət göstərən şəxs və qurumların sertifikatlaşdırılmasını hədəfləyir. 

 

Sertifikasiyalar haqqında.

Layihə çərçivəsində innovasiyalar sahəsində aşağıdakı fərdi sertifikasiyalar üzrə təlimlər nəzərdə tutulur:

1. Certified Innovation Professional (CInP)

2. Certified Design Thinking Professional (CDTP)

3. Certified Innovation Strategist (CInS)

4. Certified Chief Innovation Officer (CCInO)

5. Authorized Innovation Assessor (AInA)

6. Certified Innovation Associate (CInA)

7. Authorized Growth Venture Assessor (AGVA)
 

Sertifikasiyalar haqqında daha ətraflı məlumat üçün Global Innovation Institute - GInI | GInI saytına daxil olaraq fərdi sertifikatlaşdırmabiznes akkreditasiya forma və şərtləri ilə tanış ola bilərsiniz. 

Təlim prosesi haqqında.

Layihə çərçivəsində təlimlər 18-25 saat aralığında (təlim kontentindən asılı olaraq) nəzərdə tutulub. Təlimlər beynəlxalq sertifikatlı təlimçilər tərəfindən tədris edilir. İştirakçılar təlim müddətində öyrənmə materialları (training kit, guidebook və s.) ilə təmin olunur. Təlim prosesi azərbaycanca həyata keçirilir, öyrənmə materialları və sertifikasiya imtahanı ingiliscədir. Qeyd etmək lazımdır ki, imtahana yalnız ilk dəfə üçün qeydiyyat ödənişi layihə tərəfindən qarşılanır.

Hər kəsə uğurlar.

QEYD: Lütfən, nəzərdə saxlayın ki, istifadəçi sadəcə bir dəfə form vasitəsilə qeydiyyatdan keçə bilər və daha sonra qeydiyyat məlumatlarında dəyişiklik etmək mümkün deyil.

 

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
⚠️⚠️
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz :
WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
WhatsApp Qrupumuz: https://chat.whatsapp.com/IWlB4C1IaneFi0Wnk6R3zC 
Teleqram kanalımız: https://t.me/EduOnlineAz
Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
Facebook kanalımız:
https://www.messenger.com/channel/EduOnline.Az
Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

 

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 170
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 298
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 58
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 55
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1061
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 511
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 294
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 537
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 159
VI Azərbaycan Astron...