Cümə, 7 Noyabr, 2025

“Bitkiçilik, Emal, Heyvandarlıq və Aqrobiznesin idarə olunması” mövzuları üzrə Ödənişsiz Təlim Kursu


  • Dərc edildi: 6 Aprel, 2024 - 07:31
“Bitkiçilik, Emal, Heyvandarlıq və Aqrobiznesin idarə olunması” mövzuları üzrə Ödənişsiz Təlim Kursu

 

“Agro Dairy”, kənd təsərrüfatının texnoloji modernləşdirilməsi və innovativ inkişafını şərtləndirən yeni sənaye tələbləri və əmək bazarlarının aktual və perspektivli ehtiyacları nəzərə alınmaqla, kənd təsərrüfatı sektorunda təcrübəsi olan, əlaqəli işlərlə fəal məşğul olan və əldə etdikləri bilikləri peşəkar fəaliyyətlərində səmərəli tətbiq etmək qabiliyyətinə malik insanlar, həmçinin, digər maraq göstərənlər üçün “Bitkiçilik, Emal, Heyvandarlıq və Aqrobiznesin idarə olunması” mövzuları üzrə təlim kursları təşkil edir. Qeyd edilən mövzular özündə aşağıdakı alt mövzuları ehtiva edəcəkdir: 
​​​​
Bitkiçilik: 

▪️Torpağın vəziyyətinin optimallaşdırılması, gübrələmə, dəqiq əkin və texnikalar
▪️Dənli taxıl bitkilərinin inkişaf fazalarının diaqnostikası və aqrotexniki əhəmiyyəti, toxumçuluq
▪️Bitki mühafizəsi
▪️Suvarma

Emal:

▪️Toxum emalı
▪️Yemin emal prosesi və keyfiyyətə nəzarət
▪️Quşçuluq təsərrüfatlarında xammal qaynaqlı risklər

Heyvandarlıq:

▪️Südlük təsərrüfatlarda damazlıq heyvanların yetişdirilməsinin əsasları
▪️Silos/Senajin keyfiyyəti və silosun hazırlanma texnologiyasında diqqət yetirilməli nüanslar
▪️İri buynuzlu heyvanların yemlənməsi – rasionlar, onların idarə edilməsi.


Aqrobiznesin idarəolunması:

▪️Agrobiznesin idarəolunması
▪️SƏTƏM (Sağlamlıq, Əməyin təhlükəsizliyi, Ətraf mühitin mühafizəsi üçün ən yaxşı təcrübələr)

Təlim kursları Hacıqabul rayonu, Muğan kəndi ərazisinə yaxın olan “Agro Dairy”in təlim mərkəzində keçiriləcəkdir.
Təlimlər ️ 22 aprel 2024-cü il tarixindən başlayacaqdır.
Təlimlərdə iştirak ödənişsizdir.
İştirakçıların təlim yerinə çatdırılması Şirkət tərəfindən təmin olunacaqdır.
Təlimdə iştirak etmək arzusunda olanlar 18 aprel 2024-cü ilə kimi aşağıdakı telefon nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.

İştirakçılardan xahiş olunur ki, qeydiyyatdan keçərkən iştirak etmək istədikləri mövzunu (mövzuları), ad soyad, ünvan, telefon nömrəsi, iş yeri, ixtisas və vəzifəni göstərsinlər.

Əlaqə nömrəsi: +994 51 201 77 20

Ən Son Məqalələr

Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 50
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 353
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 402
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 66
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 63
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 59
“İkiqay” əsərinin mü...