Çərşənbə axşamı, 2 Dekabr, 2025
Reklam

9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi


  • Dərc edildi: 14 Noyabr, 2018 - 18:51
9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi

9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi 14 - 16 noyabr 2018 Bakı Ekspo Mərkəzi 14-16 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisi keçiriləcək. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir. Bu il “Caspian Ecology” sərgisində Azərbaycandan, Almaniyadan, Böyük Britaniyadan, Türkiyədən, Ukraynadan və digər ölkələrdən şirkətlər iştirak edəcəklər. Sərgidə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, həmçinin “Azərsu”, “BP”, “Damla”, “GIZ”, “SOCAR POLYMER”, “Təmiz Şəhər” və dünyanın bir çox digər şirkət və qurumları iştirak edəcəklər. İlk dəfə olaraq sərgidə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu öz stendi ilə təqdim olunacaq. Ümumilikdə, “Caspian Ecology 2018” sərgisi təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş edəcək. Şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri, neft və qaz kəşfiyyatı və emalı xidmətləri, kağız və karton istehsalı və bir sıra digər məhsulları təqdim edəcəklər. Sərginin işgüzar proqramı çərçivəsində ilk dəfə olaraq iştirakçılar və dəvət olunmuş şirkətlər arasında ikitərəfli görüşlər, eləcə də müxtəlif seminarlar keçiriləcək. Bu tədbirin keçirilməsinin vacibliyini vurğulayan sevindirici faktor, sponsorların tərkibidir. Sərginin Qızıl Sponsoru - Global Energy Azerbaijan LTD şirkətidir, Gümüş Sponsoru qismində isə AAS-ATE şirkəti çıxış edir. Beləliklə, Beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.

ədbirin iş saatları
 
14 noyabr, Çərşənbə 11:00 - 18:00
15 noyabr, Cümə ax�
Reklam
�amı
10:00 - 18:00
16 noyabr, Cümə 10:00 - 16:00
  Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin tədbirə girişi tədbirin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.
Keçirildiyi yer
"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi Ünvan: AZ1050, Azərbaycan, Bakı, Suraxanı rayonu, Heydər Əliyev pr., 515 <iframe src="https://www.google.com/maps/embed?pb=!1m18!1m12!1m3!1d8589.074673934896!2d50.0275837754212!3d40.437719462276185!2m3!1f0!2f0!3f0!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x403061043b005cbd%3A0x67b03e3eba5d9c28!2sBaku+Expo+Center!5e0!3m2!1sen!2s!4v1456302031948" frameborder="0" data-mce-fragment="1"></iframe> Sərgiyə necə gəlmək olar: "Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir. Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:
  • "Koroğlu" metro stansiyasından - N 136, 160, 171
   
Ziyarət qaydaları
Sizi tədbiri ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq! 14 - 16 noyabr tarixlərində sərgiyə yalnız bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər. Tələbələr sərgiyə yalnız 16 noyabr tarixində daxil ola bilərlər. Girişdə tələbə biletini göstərmək kifayətdir. Yaşı 16-dan az olan şəxslər yalnız valideynlərin müşayiəti ilə sərgini 16 noyabr tarixində ziyarət edə bilərlər. Siz tədbiri dəvətnamə və ya tədbirin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz tədbirə dair bütün materialları "FAST TRACK"masasından alacaqsınız və bununla da tədbirdə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız. Ziyarətçinin döş nişanı bu imkanları verir:
  • Tədbirin bütün iş günlərində tədbiri pulsuz ziyarət etmək;
  • Qeydiyyatdan keçmək üçün növbəyə durmadan tədbirə daxil olmaq;
  • Tədbir ilə bağlı məlumatlar paketini əldə etmək;
  • Tədbirin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).
» Dəvətnaməni əldə edin

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
27 Noyabr, 2025 - 21:29 30
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 16:09 556
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 183
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 164
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 502
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 534
Qubadlıya öz sahiblə...