Bazar, 29 Mart, 2026

9-cu sinif üzrə buraxılış imtahanında iştirak edəcək şagirdlər üçün tövsiyələr


  • Dərc edildi: 5 Mart, 2020 - 19:21
9-cu sinif üzrə buraxılış imtahanında iştirak edəcək şagirdlər üçün tövsiyələr

Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə! 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr

  • İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)), tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və transportir) gətirməyi unutmayın;
  • “İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;
  • İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;
  • İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;
  • İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;
  • Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqlərində və sual kitabçasında yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;
  • Sizə verilmiş cavab vərəqlərinin 1-ci və 2-ci bəndlərini diqqətlə oxuyun və imzanızla təsdiqləyin;
  • Sual kitabçasını və cavab vərəqlərini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;
  • Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki cavablar nəzərə alınır;
  • “Sual kitabçası”nda 45 test tapşırığı təqdim olunur: 1-15 nömrəli tapşırıqlar xarici dil, 16-35 nömrəli tapşırıqlar Azərbaycan dili, 36-45 nömrəli tapşırıqlar riyaziyyat fənninə aiddir.
  • Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış hissədə qeyd olunmalı və yazılmalıdır;
  • Tapşırıqların cavablandırılması üçün 3 saat vaxt ayrılır;
“Cavab vərəqləri” 2 hissədən ibarətdir: - I hissə– qapalı tipli tapşırıqlar üçün; - II hissə –ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan tapşırıqlar üçün. Birinci hissə xarici dili fənnindən 1-4 və 7-11, Azərbaycan dili fənnindən 16-20 və 26-30 nömrəli tapşırıqların cavablandırılması üçün nəzərdə tutulmuşdur. İkinci hissə xarici dili fənnindən 5-6 və 12-15, Azərbaycan dili fənnindən 21-25 və 31-35, riyaziyyat fənnindən 36-45 nömrəli tapşırıqların cavablandırılması ü
çün nəzərdə tutulmuşdur.
  • İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir;
  • Səhv cavabların nəticələri düz cavablara təsir etmir;
  • 1-4, 7-11, 16-20, 26-30 nömrəli tapşırıqlar qapalı tipli tapşırıqlardır. Bu tapşırıqlarda 5 cavab variantından yalnız biri doğrudur. Doğru bildiyiniz variantı seçib “Cavab vərəqləri”nin I hissəsində həmin sualın nömrəsinə uyğun sətirdə müvafiq dairəni qaralayın. İki və daha artıq dairə qaralanarsa, cavab səhv hesab edilir;
  • 5-6, 12-15, 21-25, 31-35, 36-45 nömrəli tapşırıqlar ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqlardır. Bu tapşırıqların həllərini və cavablarını “Cavab vərəqləri”nin II hissəsində həmin tapşırıqların cavablandırılması üçün ayrılmış hissədə səliqəli və oxunaqlı xətlə yazın;
  • Dinləmə mətni üzrə təqdim olunmuş 1-6 nömrəli tapşırıqları cavablandırmazdan əvvəl audioqurğuda səsləndirilən mətni diqqətlə dinləyin.
Dinləmə mətni üzrə tapşırıqların yerinə yetirilməsi aşağıdakı mərhələlərdə aparılır: - Dinləmə mətni üzrə verilən tapşırıqlarla tanışlıq – 2 dəqiqə; - Dinləmə mətninin ilk dəfə səsləndirilməsi; - Dinləmə mətninin ilk dəfə səsləndirilməsindən sonra tapşırıqlara bir daha baxılması – 2 dəqiqə; - Dinləmə mətninin ikinci dəfə səsləndirilməsi; - Dinləmə mətni üzrə verilən tapşırıqların yerinə yetirilməsi.
  • Nəzərə alın ki, dinləmə mətni imtahan zamanı yalnız iki dəfə səsləndiriləcək;
  • Riyaziyyat fənni üzrə hər bir tapşırığı cavablandırarkən onun həllinin bütün mərhələlərini (izah etməklə və istifadə edilən xassələri, teoremləri, aksiomları göstərməklə) qeyd etmək lazımdır. Nəzərə alın ki, həlliyazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda da “0” (sıfır) balla qiymətləndiriləcək;
  • 43-45 saylı tapşırıqlar situasiyaya aiddir. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və orada verilmiş məlumatlardan istifadə edərək həmin tapşırıqları cavablandırın. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər;
  • Hər bir tapşırığın cavabını (və ya tapşırıqla bağlı fikirlərinizi, tapşırığın həllini) cavab vərəqində həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun hissədə qeyd edin və ya yazın;
  • Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqlərinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin.
 

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 217
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 381
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 71
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 70
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1085
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 553
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 306
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 557
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 167
VI Azərbaycan Astron...