Cümə axşamı, 9 Oktyabr, 2025

Cənubun aqroturizm təsərrüfatlarına və müvafiq turizm marşrutları üzrə 3 günlük Ödənişsiz İNFOTUR! - QEYDİYYAT


  • Dərc edildi: 6 Avqust, 2024 - 00:16
Cənubun aqroturizm təsərrüfatlarına və müvafiq turizm marşrutları üzrə 3 günlük Ödənişsiz İNFOTUR! - QEYDİYYAT

"Aqroturizmin təşviqi" - İNFOTUR proqramı:

Bu infotur proqramı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin icra etdiyi “Aqroturizmin təşviqi” layihəsi çərçivəsində təşkil edilir. Layihə çərçivəsində Azərbaycan Respublikasında yaşayan bu müraciət forması əsasında seçiləcək ictimai fəal gənclər, KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər maraqlı tərəflərdən müəyyən ediləcək 18-35 yaş arası 17 nəfər şəxs üçün aqroturizm imkanlarını dəyərləndirmək və regiondakı potensial imkanları təbliğ etməkdən ötrü  Masallı, Lənkəran, Astara rayonlarındakı aqroturizm təsərrüfatlarına və müvafiq turizm marşrutları üzrə 3 günlük ödənişsiz İNFOTUR-un təşkili planlaşdırılmışdır. İnfoturun 17, 18, 19 avqust 2024-cü il (həftənin şənbə, bazar və bazar etəsi günü) tarixində təşkili nəzərdə tutulmuşdur. Proqrama seçiləcək şəxslər infoturun başlanma günü - yəni 17.08.2024-cü il saat 11:00-dək Lənkəran şəhərində iştirakçılar üçün ayrılan məkanda (Luxe-Lənkəran hotel) yerləşdiriləcək. İnfotur proqramını tam olaraq başa vuran iştirakçılara müvafiq sertifikat təqdim ediləcəkdir. 

Layihənin məqsədi 

müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və aqroturizm potensialının alıcılara çatdırılmasını təşviq etməkdir.

Müraciət prosedurası və iştirakçıların seçimi: 

İnfotur iştirakçıları müraciət formasında əks olunan  əsaslandırılmış və yüksək motivasiyalı qeydlərinə uyğun olaraq seçiləcək. Seçilmiş namizədlərə 14.08.2024 tarixində məlumat veriləcək, onların yerləşmə məkanı və digər lazımi texniki-təşkilati dəstək göstəriləcəkdir. Seçilmiş namizədin hər hansı səbəbdən iştirak etməyi mümkün olmadıqda infoturun başlamasından ən azı 2 gün əvvəl  təcili olaraq təşkilatçılara məlumat verməlidir.

İştirakçıların xərcləri:

Proqram müddətində 2 gecə ərzində iştirakçıların Luxe-Lənkəran hotelində yerləşməsi, 3 gün ərzində gündə 3 dəfə yemək, çay-kofe xərcləri, proqramdaxili (yerləşmə məkanına gəliş və gediş daxil deyil) nəqliyyat xərcləri, dəftərxana ləvazimatları ilə təmin olunma layihə tərəfindən qarşılanır.  

Müraciətin son tarixi:

Müraciət forması namizəd tərəfindən doldurulmalı "Təqdim edin və ya Submit" düyməsi basılaraq göndərilməlidir. Müraciət forması 11.08.2024-ci il, saat 00:00-dək göndərilməlidir. 
 

Qeydiyyat üçün daxil olun  

İştirak etmək ödənişsizdir!

 

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
⚠️⚠️
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz :
WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
WhatsApp Qrupumuz: 
https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
Teleqram kanalımız: https://t.me/EduOnlineAz
Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

 

Ən Son Məqalələr

 Yeni Məzunlar Üçün İş Axtarışında Addım-Addım Bələdçi (2025)
06 Oktyabr, 2025 - 01:51 23
Yeni Məzunlar Üçün ...
Karyeraya Başlamağın Ən Yaxşı Yolu: Təcrübəmi, Yoxsa Birbaşa İşmi Seçmək?
30 Sentyabr, 2025 - 02:29 42
Karyeraya Başlamağın...
Abituriyentlərin nəzərinə:  Universitetlərə qəbul imtahanlarının ikinci mərhələsinin proqramları bunlar olacaq
28 Sentyabr, 2025 - 07:19 90
Abituriyentlərin nəz...
Şagirdlərin nəzərinə: Buraxılış imtahanlarının proqramları belə olacaq
28 Sentyabr, 2025 - 02:54 92
Şagirdlərin nəzərinə...
Azərbaycanda Turizm Ekspertləri Klubu yaradıldı
24 Sentyabr, 2025 - 08:50 2343
Azərbaycanda Turizm ...
"Onlayn Layihə yazılışı" Təliminə Qeydiyyat!
16 Sentyabr, 2025 - 07:03 137
"Onlayn Layihə yazıl...