Qarabağ Universitetinə ingilis dili üzrə müəllim vakansiyası elan olunur

 

Qarabağ Universitetində ingilis dili üzrə müəllim vakansiyası elan edilib.  

Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “ingilis dili müəllimi” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi 21 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: 

 

Qarabağ Universitetində vakansiya – ingilis dili müəllimi
İşəgötürən: “Qarabağ Universiteti” publik hüquqi şəxs
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan 
bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri nəzərə alınaraq 
regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının 
ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 
noyabr tarixli Sərəncamı ilə Qarabağ Universiteti yaradılıb. 
Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli 73 
nömrəli Qərarı ilə təsdiq olunmuş “Qarabağ Universitetinin Nizamnaməsi”nə 
əsasən, ali təhsilin bütün səviyyələri üzrə genişprofilli mütəxəssis və 
yüksəkixtisaslı elmi kadrların hazırlanması, eləcə də orta ixtisas və əlavə 
təhsil proqramlarının həyata keçirilməsi, elmin müxtəlif sahələri ilə bağlı 
tədqiqatların aparılması universitetin fəaliyyət istiqamətlərinə daxil edilib. 
Qarabağ Universiteti fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, 
eləcə də təhsilalanların yüksəksəviyyəli bilik və bacarıqlarla təmin olunması 
məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir.
Vəzifə: ingilis dili müəllimi
İşin təsviri: 
• təhsil proqramları, sillabuslar, dərs planları, tədris materialları, 
qiymətləndirmə alətlərinin hazırlanması və (ya) təkmilləşdirilməsi 
prosesində iştirak;
• müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin 
planlaşdırılması, hazırlanması və icrası;
• müvafiq təlim nəticələrinə nail olmaq üçün müasir tədris metodologiya və 
texnologiyalarından istifadə;
• tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin 
verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə 
metodların uyğunlaşdırılması;
• müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf 
imkanlarından istifadə;
• tələbələrin istirakçılığını təşviq edən və onların akademik, xarici dil 
bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin 
təşkili;
• mərkəzin digər fəaliyyətlərinin təşkilinə dəstəyin verilməsi.
Tələblər: 
• müvafiq sahə üzrə magistr ali elmi-ixtisas dərəcəsi (elmi dərəcə və ya 
elmi ad üstünlükdür);
• ingilis dilinin tədrisi üzrə minimum 5 il pedaqoji təcrübə (ali təhsil 
müəssisəsində olması üstünlükdür)

• dil proqramlarının hazırlanması və tədrisi üçün nəzərdə tutulan 
resursların formalaşdırılması ilə bağlı təcrübə;
• minimum C1 səviyyəsində ingilis dili biliyi (IELTS, TOEFL və s. beynəlxalq 
dil sertifikatlarının olması üstünlükdür);
• dil tədrisi üzrə sertifikatlardan (CELTA, TEFL, TESOL və s.) birinə malik 
olması;
• innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
• yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;
• tədqiqatçılıq bacarığı;
• davamlı peşəkar inkişafa maraq.
Tələb olunan sənədlər: 
1. CV;
2. ali təhsili təsdiq edən sənədlərin surəti;
3. dil səviyyəsini və dil tədrisini təsdiq edən beynəlxalq sertifikatlar (əgər 
varsa);
4. dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
5. Azərbaycan dilində müşayiətedici məktub (motivasiya – maksimum 500 
söz);
6. tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).
İş qrafiki: Həftəlik 40 saatı əhatə edən tam ştat vəzifədir. Müəllimlərə 
təxminən 30 auditoriya saatı veriləcək, qalan iş vaxtında isə tədrislə bağlı 
hazırlıq və digər təyin edilən fəaliyyətlərlə məşğul olmaları gözlənilir.
Qeyd 1: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində 
tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin 
olunacaqlar.
Qeyd 2: məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının 
qeyd olunması vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə 
uyğun namizədlərlə əlaqə saxlanılacaq. 
Rəqabətədavamlı əməkhaqqı təklif olunur.
Müraciət üçün son tarix: 21 iyul 2024-cü il
Elektron poçt ünvanı: [email protected]

 

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
📣⚠️👇🏻👇🏻👇🏻👇🏻⚠️📣
Digər vakansiyalardan, təcrübə proqramlarından, tədbirlərdan, təqaüd proqramlarından və s. faydalı məlumatlardan tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə də izləyə və ya üzv ola bilərsiniz 🤗:
🟢WhatsApp Kanalımız:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 
🟩WhatsApp Qrupumuz: https://chat.whatsapp.com/IWlB4C1IaneFi0Wnk6R3zC 
🔵 Teleqram kanalımız: https://t.me/EduOnlineAz
🟦 Teleqram qrupumuz: https://t.me/EduOnlineAzQrup
🔷 Facebook səhifəmiz: https://www.facebook.com/EduOnline.Az
🔴 Instagram səhifəmiz: https://www.instagram.com/eduonline.az

 


Paylaş