Bazar, 1 Fevral, 2026

Əziz Könüllülər, EURO2020-də iştirak üçün qeydiyyat başladı!


  • Dərc edildi: 11 İyun, 2019 - 13:48
Əziz Könüllülər, EURO2020-də iştirak üçün qeydiyyat başladı!

Avro-2020 üçün könüllülük proqramına qeydiyyat başlandı Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu (müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də), eləcə də 1/4 final mərhələsi qarşılaşmasının (4 iyul) təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsul olan AFFA bu mötəbər yarışda da könüllülərin xidmətindən yararlanacaq.

Bununla əlaqədar iyunun 11-də Avro-2020 Könüllülər Mərkəzində Avropa Çempionatının Bakı şəhəri üzrə Könüllülər proqramının təqdimatı keçirilib.
Təqdimatda Könüllülər Proqramı haqqında ümumi məlumat verilib. Qeyd olunub ki, könüllü cəlb olunması prosesi iyunun 11-dən noyabrın 30-dək müddəti əhatə edəcək. Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs euro2020.affa.az linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin sentyabr ayında müsahibəyə dəvət ediləcək.
Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.
Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edilir. Qeydiyyatla bağlı suallarınızı [email protected] email ünvanına göndərə bilərsiniz.
Apply to volunteer at UEFA events with our local organisers
Enjoy an unforgettable experience that encourages others to volunteer at European football events in the future.
Volunteering to support the delivery of UEFA events can give you the opportunity to try something new, gain experience, develop skills, improve your career prospects, build confidence and meet new people. Enjoy an unforgettable experience that encourages others to volunteer at European football events in the future.

Ən Son Məqalələr

Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 141
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 230
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 347
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 433
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 51
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 332
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 55
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 117
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 140
Zirə qəsəbəsinə aqro...